DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Hindistanda G20 sammiti keçirilir

© AP Photo / Evan VucciHindistanda G20 sammiti
Hindistanda G20 sammiti - Sputnik Azərbaycan, 1920, 09.09.2023
Abunə olmaq
G20 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb. Məqsəd Asiya ölkələrinin maliyyə böhranını həll etmək idi.
BAKI, 9 sentyabr — Sputnik. Hindistanın paytaxtı Yeni Dehlidə "Böyük İyirmiliy"in (G20) "Bir dünya, bir ailə, bir gələcək" adlı sammit başlayıb.
"Report" xəbər verir ki, Hindistan baş naziri Narendra Modi qonaqları qarşılayıb.
Toplantı 2 gün davam edəcək.
İclasda bir sıra qlobal məsələlərin, o cümlədən iqlim dəyişikliyinin, Ukraynadakı müharibənin, beynəlxalq təhlükəsizliyin müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, G20 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb. Məqsəd Asiya ölkələrinin maliyyə böhranını həll etmək idi.
Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.
Xəbər lenti
0