CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ən çox turist qəbul edən milli parklarımız hansılardır?

© Sputnik / Ilham Mustafayev Göygöl gölü
 Göygöl gölü - Sputnik Azərbaycan, 1920, 09.09.2023
Abunə olmaq
Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.
BAKI, 9 sentyabr — Sputnik. Səkkiz ay ərzində milli parklara 219 min 24 nəfər turist səfər edib. Parklara gələnlərin əksəriyyətini yerli turistlər təşkil etsə də, ziyarətçilər arasında çoxlu sayda xarici vətəndaşlar da olub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən müddət ərzində ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklar Göygöl, Abşeron və Şahdağdır.
Qeyd edək ki, ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.
Yay mövsümünün bitməsinə baxmayaraq, qarşıdan bizi qızılı-sarı payız mövsümü gözləyir. Bu fəsildə hər kəs müxtəlif bölgələrimizi əhatə edən, əsrarəngiz təbiəti ilə heyrətləndirən milli parklarımıza səfər edə, həftəsonlarını, istirahət günlərini təbiət qoynunda keçirə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0