https://sputnik.az/20230909/baltik-denizinin-simalinda-nato-nun-genismiqyasli-herbi-deniz-telimleri-baslayir-458455636.html
Baltik dənizinin şimalında NATO-nun genişmiqyaslı hərbi-dəniz təlimləri başlayır
Baltik dənizinin şimalında NATO-nun genişmiqyaslı hərbi-dəniz təlimləri başlayır
Sputnik Azərbaycan
Təlimlərə Almaniya, ABŞ, Polşa, Estoniya, Latviya, Litva, Danimarka, Finlandiya, Fransa, İtaliya, Niderland, Belçika, Kanada və İsveçin hərbi-dəniz qüvvələri... 09.09.2023, Sputnik Azərbaycan
2023-09-09T18:18+0400
2023-09-09T18:18+0400
2023-09-09T18:18+0400
nato
hərbi
baltik dənizi
hərbi dənizçilər
hərbi dəniz qüvvələri
hərbi təlim
təlim
https://cdnn1.img.sputnik.az/img/42413/76/424137674_0:139:3149:1910_1920x0_80_0_0_cbeb416c8f33b1b0f6faf6932b5c1aaa.jpg
BAKI, 9 sentyabr — Sputnik. Bu gün Latviya və Estoniya sahillərində NATO-nun “Northern Coasts 2023” hərbi dəniz təlimləri başlayır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sentyabrın 23-dək baş tutacaq təlimlərə komandanlıq edəcək Almaniya Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb. Təlimlərə 14 ölkədən 3 200-ə yaxın hərbçi, 30 gəmi və sualtı qayıq və 15-ə qədər təyyarə cəlb olunacaq. Almaniya HDQ-nin baş komandanı, vitse-admiral Yan Kristian Kaak bildirib ki, təlimlər çərçivəsində bölgədə Rusiyanın mümkün hücumunu dəf etmək üçün birgə hərəkətlər tətbiq olunacaq. Xatırladaq ki, Kaak sentyabrın əvvəlində “Rusiyaya ehtiyatı əldən vermədiyimizin açıq siqnalını göndəririk” demiş və etibarlı çəkindirmənin özündə həm də hücum etmək qabiliyyətini əhatə etməli olduğunu vurğulamışdı. Təlimlər çərçivəsində Latviya və Estoniyanın sahilyanı rayonlarında təlim desant əməliyyatları və yerüstü hədəflərə gəmi zərbələri, eləcə də Baltik dənizində dəniz marşrutlarının təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər həyata keçiriləcək. Qeyd edək ki, dünən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “LPD-19 Mesa Verde” desant-helikopter gəmisi 800 nəfərlik amerikalı dəniz piyadaları ilə Latviyanın paytaxtı Riqaya gəlib. Təlimlərə Almaniya, ABŞ, Polşa, Estoniya, Latviya, Litva, Danimarka, Finlandiya, Fransa, İtaliya, Niderland, Belçika, Kanada və İsveçin hərbi-dəniz qüvvələri cəlb olunub.
baltik dənizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42413/76/424137674_208:0:2939:2048_1920x0_80_0_0_54089a1ad9f8668ab543beda0e8bc3ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nato, baltik dənizi, hərbi dənizçilər, hərbi dəniz qüvvələri, hərbi təlim, təlim
nato, baltik dənizi, hərbi dənizçilər, hərbi dəniz qüvvələri, hərbi təlim, təlim
Baltik dənizinin şimalında NATO-nun genişmiqyaslı hərbi-dəniz təlimləri başlayır
Təlimlərə Almaniya, ABŞ, Polşa, Estoniya, Latviya, Litva, Danimarka, Finlandiya, Fransa, İtaliya, Niderland, Belçika, Kanada və İsveçin hərbi-dəniz qüvvələri cəlb olunub
BAKI, 9 sentyabr — Sputnik. Bu gün Latviya və Estoniya sahillərində NATO-nun “Northern Coasts 2023” hərbi dəniz təlimləri başlayır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sentyabrın 23-dək baş tutacaq təlimlərə komandanlıq edəcək Almaniya Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb.
Təlimlərə 14 ölkədən 3 200-ə yaxın hərbçi, 30 gəmi və sualtı qayıq və 15-ə qədər təyyarə cəlb olunacaq.
Almaniya HDQ-nin baş komandanı, vitse-admiral Yan Kristian Kaak bildirib ki, təlimlər çərçivəsində bölgədə Rusiyanın mümkün hücumunu dəf etmək üçün birgə hərəkətlər tətbiq olunacaq. Xatırladaq ki, Kaak sentyabrın əvvəlində “Rusiyaya ehtiyatı əldən vermədiyimizin açıq siqnalını göndəririk” demiş və etibarlı çəkindirmənin özündə həm də hücum etmək qabiliyyətini əhatə etməli olduğunu vurğulamışdı.
Təlimlər çərçivəsində Latviya və Estoniyanın sahilyanı rayonlarında təlim desant əməliyyatları və yerüstü hədəflərə gəmi zərbələri, eləcə də Baltik dənizində dəniz marşrutlarının təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər həyata keçiriləcək.
Qeyd edək ki, dünən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “LPD-19 Mesa Verde” desant-helikopter gəmisi 800 nəfərlik amerikalı dəniz piyadaları ilə Latviyanın paytaxtı Riqaya gəlib.
Təlimlərə Almaniya, ABŞ, Polşa, Estoniya, Latviya, Litva, Danimarka, Finlandiya, Fransa, İtaliya, Niderland, Belçika, Kanada və İsveçin hərbi-dəniz qüvvələri cəlb olunub.