https://sputnik.az/20230908/yeni-tedris-ili-ile-bagli-suruculere-cagiris-458413720.html
Yeni tədris ili ilə bağlı sürücülərə ÇAĞIRIŞ
Yeni tədris ili ilə bağlı sürücülərə ÇAĞIRIŞ
Sputnik Azərbaycan
Şəxsi minik avtomobilləri ilə şagirdləri məktəblərə gətirən vətəndaşlara, eləcə də tələbələrə tövsiyə edirik ki, mümkün qədər avtomobillərini yeraltı və... 08.09.2023, Sputnik Azərbaycan
2023-09-08T12:21+0400
2023-09-08T12:21+0400
2023-09-08T12:31+0400
sürücü
müraciət
tədris ili
nəqliyyatın intellektual idarəetmə mərkəzi
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/41009/46/410094627_0:77:2001:1202_1920x0_80_0_0_3097752624412c9fc7e552546b1b2642.jpg
BAKI, 8 sentyabr — Sputnik. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib. Müraciətdə bildirilir ki, dayanma və durma qaydaları pozulmamalı, nəqliyyat vasitələri ikinci cərgədə saxlanılmamalı və bununla da şagirdlərə nümunə olunmalıdır. Təcrübə göstərib ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər. Belə ki, şəxsi minik avtomobillərinin məktəblərin və universitetlərin yaxınlığında dayanma və durma qaydalarını pozmaqla saxlanılması, bəzi hallarda yol-nəqliyyat hadisələrinin baş verməsi sıxlığın yaranmasına səbəb olur. Bu vəziyyət ictimai nəqliyyatdan istifadə edib təhsil müəssisələrinə gələn digər hərəkət iştirakçılarının da yolda vaxt itirməsinə gətirib çıxarır. Qeyd olunanları nəzərə alaraq, şəxsi minik avtomobilləri ilə şagirdləri məktəblərə gətirən vətəndaşlara, eləcə də tələbələrə tövsiyə edirik ki, mümkün qədər avtomobillərini yeraltı və yerüstü dayanacaqlarda, parklanma yerlərində park etsinlər. Eyni zamanda diqqətə çatdırmaq istəyirik ki, digər yerlərdə olduğu kimi məktəblərin və universitetlərin ətrafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxlər inzibati məsuliyyətə cəlb ediləcəklər. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bütün şagird və tələbələri yeni "Bilik günü" münasibəti ilə təbrik edir, onlara tədris ilində uğurlar arzulayır. Xatırladaq ki, sentyabrın 15-də ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41009/46/410094627_146:0:1853:1280_1920x0_80_0_0_23cdc14707abd00e57e6220b422e7073.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sürücü, müraciət, tədris ili, nəqliyyatın intellektual idarəetmə mərkəzi
sürücü, müraciət, tədris ili, nəqliyyatın intellektual idarəetmə mərkəzi
Yeni tədris ili ilə bağlı sürücülərə ÇAĞIRIŞ
12:21 08.09.2023 (Yenilənib: 12:31 08.09.2023) Şəxsi minik avtomobilləri ilə şagirdləri məktəblərə gətirən vətəndaşlara, eləcə də tələbələrə tövsiyə edirik ki, mümkün qədər avtomobillərini yeraltı və yerüstü dayanacaqlarda, parklanma yerlərində park etsinlər.
BAKI, 8 sentyabr — Sputnik. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ili ilə bağlı sürücülərə müraciət edib.
Müraciətdə bildirilir ki, dayanma və durma qaydaları pozulmamalı, nəqliyyat vasitələri ikinci cərgədə saxlanılmamalı və bununla da şagirdlərə nümunə olunmalıdır. Təcrübə göstərib ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər.
Belə ki, şəxsi minik avtomobillərinin məktəblərin və universitetlərin yaxınlığında dayanma və durma qaydalarını pozmaqla saxlanılması, bəzi hallarda yol-nəqliyyat hadisələrinin baş verməsi sıxlığın yaranmasına səbəb olur. Bu vəziyyət ictimai nəqliyyatdan istifadə edib təhsil müəssisələrinə gələn digər hərəkət iştirakçılarının da yolda vaxt itirməsinə gətirib çıxarır.
Qeyd olunanları nəzərə alaraq, şəxsi minik avtomobilləri ilə şagirdləri məktəblərə gətirən vətəndaşlara, eləcə də tələbələrə tövsiyə edirik ki, mümkün qədər avtomobillərini yeraltı və yerüstü dayanacaqlarda, parklanma yerlərində park etsinlər. Eyni zamanda diqqətə çatdırmaq istəyirik ki, digər yerlərdə olduğu kimi məktəblərin və universitetlərin ətrafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxlər inzibati məsuliyyətə cəlb ediləcəklər.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bütün şagird və tələbələri yeni "Bilik günü" münasibəti ilə təbrik edir, onlara tədris ilində uğurlar arzulayır.
Xatırladaq ki, sentyabrın 15-də ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.