CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Tərtər işi” ilə bağlı yenidən araşdırma zamanı 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib

© Official website of President of Azerbaijan RepublicBaş Prokurorluğun avtomobilləri
Baş Prokurorluğun avtomobilləri - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Abunə olmaq
Qeyd edilib ki, iş üzrə yenidən istintaq qrupları yaradılıb, araşdırmalar və dindirilmələr həyata keçirilib.
BAKI, 8 sentyabr — Sputnik. Baş Prokurorluq tərəfindən hərbi qulluqçuların işgəncələrə məruz qalması ilə bağlı cinayət işləri ilə bağlı istintaq aparılır.
Bunu Baş Prokurorluğun "instaqram" sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, Baş Prokuror Kamran Əliyev tərəfindən bu işinin istintaqı Baş Prokurorluq İstintaq şöbəsinə həvalə edilib.
Qeyd edilib ki, iş üzrə yenidən istintaq qrupları yaradılıb, araşdırmalar və dindirilmələr həyata keçirilib: "Araşdırmalar zamanı 4 cinayət işi üzrə 18 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Hazırda müəyyən faktlarla bağlı araşdırmalar aparılır. Əvvəllər bu iş üzrə cinayət məsuliyyətinə cəlb olunan 45 nəfər barəsində araşdırma aparılıb və bir çoxu barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib".
Xatırladaq ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir.
Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə ittiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0