https://sputnik.az/20230908/susada-seysmik-stansiyanin-qurulmasi-isleri-tezlikle-yekunlasacaq-458434871.html
Şuşada seysmik stansiyanın qurulması işləri tezliklə yekunlaşacaq
Şuşada seysmik stansiyanın qurulması işləri tezliklə yekunlaşacaq
Sputnik Azərbaycan
AFAD-ın malik olduğu texnologiyaların Azərbaycana transferinin qurumun başlıca hədəflərindən olduğunu deyən O.Tatar bu istiqamətdə atılmış ilk addım olan... 08.09.2023, Sputnik Azərbaycan
2023-09-08T23:05+0400
2023-09-08T23:05+0400
2023-09-08T23:05+0400
seysmik aktivlik
cəmiyyət
şuşa
stansiya
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216558_0:160:3072:1888_1920x0_80_0_0_a0d289a4dbbc24a900ea9a35f44557fc.jpg
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. AMEA-dan verilən xəbərə görə, tədbirdə çıxış edən akademik İsa Həbibbəyli Respublika Seysmoloji Xidmət Mərkəzinin AFAD-la sıx əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edərək tərəflər arasında imzalanmış Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumun münasibətlərimizi yeni mərhələyə qaldıracağını vurğulayıb. Bildirib ki, Anlaşma Memorandumunda əksini tapan maddələrdən biri də AFAD tərəfindən Şuşada seysmik stansiyanın qurulmasıdır ki, bu istiqamətdə işlər tezliklə yekunlaşacaq.AMEA rəhbəri, həmçinin sözügedən sənəddə işğaldan azad olunmuş ərazilərdə seysmik stansiyaların qurulması, birgə tədqiqatların aparılması, təcrübə mübadiləsi və proqram təminatı kimi maddələrin əksini tapdığını söyləyib və bugünkü görüşün qarşıdakı hədəflərə çatmağa müsbət töhfə verəcəyini deyib. Sonra çıxış edən AFAD-ın Zəlzələ və risklərin azaldılması idarəsinin müdiri Orhan Tatar Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın və AFAD-ın rəhbəri Okay Memişin salamlarını çatdırıb. Bu ilin fevral ayında Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı xatirələrini bölüşən Orhan Tatar hadisənin ilk saatlarından etibarən yardıma gələn ilk ölkənin qardaş Azərbaycan olduğunu bildirib və minnətdarlığını ifadə edib. Bu fəlakətdən dərs çıxartmağın vacibliyinə toxunan AFAD rəsmisi Azərbaycanın da seysmik zonada yerləşdiyini deyib və güclərimizi birləşdirməyin zəruriliyini vurğulayıb. AFAD-ın malik olduğu texnologiyaların Azərbaycana transferinin qurumun başlıca hədəflərindən olduğunu deyən O.Tatar bu istiqamətdə atılmış ilk addım olan Şuşada seysmik stansiyanın qurulması işlərinin tezliklə yekunlaşacağını söyləyib və AMEA rəhbərliyini Türkiyəyə dəvət edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216558_171:0:2902:2048_1920x0_80_0_0_b749c8fd56c69975d6323dbce7f02190.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
seysmik aktivlik, şuşa, stansiya
seysmik aktivlik, şuşa, stansiya
Şuşada seysmik stansiyanın qurulması işləri tezliklə yekunlaşacaq
AFAD-ın malik olduğu texnologiyaların Azərbaycana transferinin qurumun başlıca hədəflərindən olduğunu deyən O.Tatar bu istiqamətdə atılmış ilk addım olan Şuşada seysmik stansiyanın qurulması işlərinin tezliklə yekunlaşacağını söyləyib.
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
AMEA-dan verilən xəbərə görə, tədbirdə çıxış edən akademik İsa Həbibbəyli Respublika Seysmoloji Xidmət Mərkəzinin AFAD-la sıx əməkdaşlıq əlaqələrinin olduğunu qeyd edərək tərəflər arasında imzalanmış Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumun münasibətlərimizi yeni mərhələyə qaldıracağını vurğulayıb. Bildirib ki, Anlaşma Memorandumunda əksini tapan maddələrdən biri də AFAD tərəfindən Şuşada seysmik stansiyanın qurulmasıdır ki, bu istiqamətdə işlər tezliklə yekunlaşacaq.
AMEA rəhbəri, həmçinin sözügedən sənəddə işğaldan azad olunmuş ərazilərdə seysmik stansiyaların qurulması, birgə tədqiqatların aparılması, təcrübə mübadiləsi və proqram təminatı kimi maddələrin əksini tapdığını söyləyib və bugünkü görüşün qarşıdakı hədəflərə çatmağa müsbət töhfə verəcəyini deyib.
Sonra çıxış edən AFAD-ın Zəlzələ və risklərin azaldılması idarəsinin müdiri Orhan Tatar Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın və AFAD-ın rəhbəri Okay Memişin salamlarını çatdırıb.
Bu ilin fevral ayında Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı xatirələrini bölüşən Orhan Tatar hadisənin ilk saatlarından etibarən yardıma gələn ilk ölkənin qardaş Azərbaycan olduğunu bildirib və minnətdarlığını ifadə edib. Bu fəlakətdən dərs çıxartmağın vacibliyinə toxunan AFAD rəsmisi Azərbaycanın da seysmik zonada yerləşdiyini deyib və güclərimizi birləşdirməyin zəruriliyini vurğulayıb.
AFAD-ın malik olduğu texnologiyaların Azərbaycana transferinin qurumun başlıca hədəflərindən olduğunu deyən O.Tatar bu istiqamətdə atılmış ilk addım olan Şuşada seysmik stansiyanın qurulması işlərinin tezliklə yekunlaşacağını söyləyib və AMEA rəhbərliyini Türkiyəyə dəvət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.