"İstilik enerjisindən istifadə qaydaları" təsdiqlənib
© Sputnik / Murad OrujovSənədin imzalanması
Abunə olmaq
Qərara əsasən, istilik enerjisindən istifadə qaydaları müəyyən edilmiş, enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yaranan qarşılıqlı münasibətlər və bununla əlaqədar digər məsələlər tənzimlənəcək.
BAKI, 8 sentyabr — Sputnik. "İstilik enerjisindən istifadə qaydaları" təsdiqlənib. Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.
Müəyyən edilib ki, Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi fəaliyyətə başlayanadək "İstilik enerjisindən istifadə qaydaları"nda həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.
Qərara əsasən, istilik enerjisindən istifadə qaydaları müəyyən edilmiş, enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yaranan qarşılıqlı münasibətlər və bununla əlaqədar digər məsələlər tənzimlənəcək.
"İstilik enerjisindən istifadə qaydaları" Qaydalar "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin birinci hissəsinə əsasən hazırlanıb və istilik enerjisindən istifadə sahəsində enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yaranan qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri, o cümlədən istehlakçının istilik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsini tənzimləyir.
© Sputnik / Anar Mustafayevİstilik batareyası və kalkulyator, arxiv
İstilik batareyası və kalkulyator, arxiv
© Sputnik / Anar Mustafayev
İstehlakçıların tikinti obyektlərinin istilik şəbəkəsinə qoşulması texniki şərtlər əsasında həyata keçiriləcək.
Texniki şərtlər aşağıdakı hallarda verilir:
yeni tikilən və ya istilik şəbəkəsinə əvvəllər qoşulmamış tikinti obyektlərinin istilik və isti su təchizatı üçün;
istilik istehlakı sisteminin genişləndirilməsi və ya yenidən qurulması ilə əlaqədar maksimal saatlıq gücün və ya istilik daşıyıcılarının parametrlərinin dəyişməsi nəticəsində mövcud texniki şərtlərin tələblərindən kənara çıxma olduqda;
xarici istilik və isti su təchizatı sxeminin dəyişməsi ilə əlaqədar;
istilik şəbəkəsi yenidən qurulduqda.
Xatırladaq ki, "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən, Kommunal Xidmətlər üzrə Vahid İnformasiya Sistemi və Vahid Çağrı Mərkəzinin yaradılması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.