https://sputnik.az/20230908/sseyidov-humanitar-meselelerle-elaqedar-olkemize-qarsi-manipulyasiyalar-heyata-kecirilir-458426953.html
S.Seyidov: Humanitar məsələlərlə əlaqədar ölkəmizə qarşı manipulyasiyalar həyata keçirilir
S.Seyidov: Humanitar məsələlərlə əlaqədar ölkəmizə qarşı manipulyasiyalar həyata keçirilir
Sputnik Azərbaycan
Xüsusilə Laçın yolu ilə bağlı və Azərbaycanın bu istiqamətdə apardığı işlərlə bağlı müdaxilələr olunur, - deyə komitə sədri vurğulayıb. 08.09.2023, Sputnik Azərbaycan
2023-09-08T19:21+0400
2023-09-08T19:21+0400
2023-09-08T19:21+0400
səməd seyidov
siyasət
laçın
təzyiq
milli məclis
https://cdnn1.img.sputnik.az/img/41241/91/412419107_0:0:1006:566_1920x0_80_0_0_384e292ec3d936038d65c30973c21087.jpg
BAKI, 8 sentyabr — Sputnik. "Bu gün beynəlxalq arenada Azərbaycanın fəaliyyətinin yüksək səviyyədə təşkilinə qarşı gələrək, ölkəmizin haqq sözünün müxtəlif formada kənarlaşdırıldığını, eşidilmədiyini və başqa cür təqdim etmək cəhdlərinin çoxaldığını görürük". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 8-də keçirilən iclasında komitə sədri Səməd Seyidov söyləyib. O bildirib ki, Azərbaycan Hökumətinin və Milli Məclisin apardığı beynəlxalq siyasət ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsinə, haqq sözünün çatdırılmasına və reallıqların təsdiqlənməsinə gətirib çıxarır:"Xüsusilə Laçın yolu ilə bağlı və Azərbaycanın bu istiqamətdə apardığı işlərlə bağlı müdaxilələr olunur", - deyə komitə sədri vurğulayıb. Xatırladaq ki, bundan öncə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, Ermənistan ərzaq məsələsini Azərbaycana qarşı bir alətə çevirib. Əslində, burada heç bir problem yoxdur, sadəcə siyasətə çeviriblər. Siyasi oyunbazlıqla məşğuldurlar. Komitə sədri bildirib ki, bu gün Qarabağda heç bir ərzaq böhranından söhbət gedə bilməz:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41241/91/412419107_57:0:949:669_1920x0_80_0_0_dfe62857cebd8cb2076050d4054f60ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səməd seyidov, laçın, təzyiq, milli məclis
səməd seyidov, laçın, təzyiq, milli məclis
S.Seyidov: Humanitar məsələlərlə əlaqədar ölkəmizə qarşı manipulyasiyalar həyata keçirilir
Xüsusilə Laçın yolu ilə bağlı və Azərbaycanın bu istiqamətdə apardığı işlərlə bağlı müdaxilələr olunur, - deyə komitə sədri vurğulayıb.
BAKI, 8 sentyabr — Sputnik. "Bu gün beynəlxalq arenada Azərbaycanın fəaliyyətinin yüksək səviyyədə təşkilinə qarşı gələrək, ölkəmizin haqq sözünün müxtəlif formada kənarlaşdırıldığını, eşidilmədiyini və başqa cür təqdim etmək cəhdlərinin çoxaldığını görürük".
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 8-də keçirilən iclasında komitə sədri Səməd Seyidov söyləyib.
O bildirib ki, Azərbaycan Hökumətinin və Milli Məclisin apardığı beynəlxalq siyasət ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsinə, haqq sözünün çatdırılmasına və reallıqların təsdiqlənməsinə gətirib çıxarır:
"Artıq beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hər hansı bir şübhə görmürük. Ancaq Azərbaycanın haqq səsi ilə bağlı, xüsusilə humanitar məsələlərlə əlaqədar ölkəmizə qarşı manipulyasiyaların həyata keçirildiyinin, bəzi dəyərlərdən sui-istifadə edərək təzyiq göstərmək cəhdlərinin şahidi oluruq".
"Xüsusilə Laçın yolu ilə bağlı və Azərbaycanın bu istiqamətdə apardığı işlərlə bağlı müdaxilələr olunur", - deyə komitə sədri vurğulayıb.
Xatırladaq ki, bundan öncə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, Ermənistan ərzaq məsələsini Azərbaycana qarşı bir alətə çevirib. Əslində, burada heç bir problem yoxdur, sadəcə siyasətə çeviriblər. Siyasi oyunbazlıqla məşğuldurlar.
Komitə sədri bildirib ki, bu gün Qarabağda heç bir ərzaq böhranından söhbət gedə bilməz:
"Orada yaşayan ermənilərin hər hansı ərzaq problemi yoxdur. Sadəcə olaraq ermənilər Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını pozmaq üçün müəyyən dövlətlərin, təşkilatların təzyiqi ilə belə davranırlar ki, bu məsələ uzansın, müqavilə imzalanmasın. Bütün bunlar ona dəlalət edir ki, Ermənistan regionda təhlükəsizlik arxitekturasının yaranmasında maraqlı deyil".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.