https://sputnik.az/20230908/simsek-caxib-leysan-xarakterli-yagis-yagib-458411725.html
Şimşək çaxıb, leysan xarakterli yağış yağıb
Şimşək çaxıb, leysan xarakterli yağış yağıb
Sputnik Azərbaycan
Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub. Bakıda və Abşeron yarımadasında da səhər saatlarında şimşək çaxıb, arabir yağış... 08.09.2023, Sputnik Azərbaycan
2023-09-08T11:33+0400
2023-09-08T11:33+0400
2023-09-08T11:45+0400
şimşək
cəmiyyət
faktiki
hava
yağış
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439394926_0:70:3163:1849_1920x0_80_0_0_ace3649af9d04f6914a6f9d5f8ce1525.jpg
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub. Bakıda və Abşeron yarımadasında da səhər saatlarında şimşək çaxıb, arabir yağış yağıb. Düşən yağıntının miqdarı Qaxda 155 (aylıq normanın 183%-i), Zaqatalada 84 (aylıq normanın 99%-i), Şəkidə 46 (aylıq normanın 68%-i), Qəbələdə 24 (aylıq normanın 31%-i), Astarada 18, Oğuzda 13, Lənkəranda 12, Altıağacda 10, Xaltanda 7, Qrız, Şahdağda 6, Qusar, Quba, Yardımlı, Sabirabad, Cəfərxan, Bakı və Abşeron yarımadasında 5 mm-dək olub. Şimal-qərb küləyi əsib, arabir Zaqatalada 25-30 m/s, Şəki, Goranboy, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib. Sentyabrın 7-də Zaqatala rayonunun Masex kəndinə dolu düşüb. Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində sentyabrın 7-də Zərdab rayonu ərazisindən keçən Qarasuçay, Qəbələ rayonu ərazisindən keçən Tikanlıçay, Quba rayonu ərazisindən keçən Vəlvələçay, Zaqatala rayonu ərazisindən keçən Böyükçay, sentyabrın 8-də isə Şəki rayonu ərazisindən keçən Çuxadurmazçay və Damarçınçay, Zaqatala rayonu ərazisindən keçən Talaçay, Qax rayonu ərazisindən keçən Ağçay və Kürmükçay çaylarından sel keçib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439394926_151:0:2882:2048_1920x0_80_0_0_135f2e7c8d8df8b72875a0f47b332c2b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şimşək, faktiki, hava, yağış
şimşək, faktiki, hava, yağış
Şimşək çaxıb, leysan xarakterli yağış yağıb
11:33 08.09.2023 (Yenilənib: 11:45 08.09.2023) Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub. Bakıda və Abşeron yarımadasında da səhər saatlarında şimşək çaxıb, arabir yağış yağıb.
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub. Bakıda və Abşeron yarımadasında da səhər saatlarında şimşək çaxıb, arabir yağış yağıb.
Düşən yağıntının miqdarı Qaxda 155 (aylıq normanın 183%-i), Zaqatalada 84 (aylıq normanın 99%-i), Şəkidə 46 (aylıq normanın 68%-i), Qəbələdə 24 (aylıq normanın 31%-i), Astarada 18, Oğuzda 13, Lənkəranda 12, Altıağacda 10, Xaltanda 7, Qrız, Şahdağda 6, Qusar, Quba, Yardımlı, Sabirabad, Cəfərxan, Bakı və Abşeron yarımadasında 5 mm-dək olub.
Şimal-qərb küləyi əsib, arabir Zaqatalada 25-30 m/s, Şəki, Goranboy, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib. Sentyabrın 7-də Zaqatala rayonunun Masex kəndinə dolu düşüb.
Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində sentyabrın 7-də Zərdab rayonu ərazisindən keçən Qarasuçay, Qəbələ rayonu ərazisindən keçən Tikanlıçay, Quba rayonu ərazisindən keçən Vəlvələçay, Zaqatala rayonu ərazisindən keçən Böyükçay, sentyabrın 8-də isə Şəki rayonu ərazisindən keçən Çuxadurmazçay və Damarçınçay, Zaqatala rayonu ərazisindən keçən Talaçay, Qax rayonu ərazisindən keçən Ağçay və Kürmükçay çaylarından sel keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.