SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Şimali Kiprin lideri İlham Əliyevə təşəkkür etdi

© AFP 2024 / OLIVER BUNICAzərbaycan Prezidenti İlham Əliyev
Azərbaycan Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Abunə olmaq
Ersin Tatar: "Şimali Kipr Türk Respublikası Aralıq dənizində bir millət, üç dövlət anlayışı ilə bir türk dövləti kimi varlığını davam etdirərkən, mənim ən böyük arzum Azərbaycanla ayrılmaz əlaqələrin olmasıdır".
BAKI, 8 sentyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının iclasında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsindən sonra prezident Ersin Tatar yazılı açıqlama verib.
Şimali Kipr Türk Respublikası Prezidentinin saytında yayılan xəbərə görə, Ersin Tatar açıqlamasında bildirib:
“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçirilən tədbirlərdə dalğalanacağını bildirməsi məni sevindirdi.
Şimali Kipr Türk Respublikası Aralıq dənizində bir millət, üç dövlət anlayışı ilə bir türk dövləti kimi varlığını davam etdirərkən, mənim ən böyük arzum Azərbaycanla ayrılmaz əlaqələrin olmasıdır.
Mən cənab Prezident Əliyevə verdiyi bəyanatlara görə təşəkkür etmək istəyirəm və ümid edirəm ki, qardaşlığımız, əməkdaşlığımız əbədi olacaq”.
Xəbər lenti
0