https://sputnik.az/20230908/simal-cenub-bnd-vasitesile-demir-yolu-yukdasimalari-artirilacaq-458416347.html
"Şimal-Cənub" BND vasitəsilə dəmir yolu yükdaşımaları artırılacaq
"Şimal-Cənub" BND vasitəsilə dəmir yolu yükdaşımaları artırılacaq
Sputnik Azərbaycan
Mənbə bildirib ki, tərəflər artan yükdaşıma həcmini təmin etmək üçün öz ərazilərində beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutu üzrə infrastruktur... 08.09.2023, Sputnik Azərbaycan
2023-09-08T11:21+0400
2023-09-08T11:21+0400
2023-09-08T11:52+0400
iqtisadiyyat
"şimal-cənub" beynəlxalq nəqliyyat dəhlizi
yük daşıma
avro
rusiya
iran
azərbaycan dəmir yolları
milyard
https://cdnn1.img.sputnik.az/img/41692/08/416920890_0:91:2049:1243_1920x0_80_0_0_e02304d90958ffac42b2bcc55e17780b.jpg
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycan və Rusiya 2027-ci ilə qədər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi (BND) ilə dəmir yolu ilə yükdaşımaların həcmini ildə 15 milyon tona çatdırmaq niyyətindədirlər. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Azərbaycan hökumətindəki mənbə bildirib. Onun sözlərinə görə, tərəflər bu istiqamətdə artan yükdaşıma həcmini təmin etmək üçün öz ərazilərində beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutu üzrə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması üzərində işi davam etdirəcəklər. Xüsusilə, dəmir yolu idarələrinə tapşırılıb ki, Bakı-Yalama-Rusiya Federasiyası ilə sərhəd (Azərbaycan ərazisində) və Dərbənd-Samur-Azərbaycan sərhədi (Rusiya ərazisində) hissələri birbaşadan dəyişən cərəyana keçsin. Mənbə, həmçinin qeyd edib ki, Rusiya Azərbaycan ərazisində dəmir yolu infrastrukturu layihələrində, o cümlədən Şimal-Cənub BND-də dəmir yolu hissələrinin yenidən qurulması və modernləşdirilməsində iştirak etməkdə maraqlıdır. Bundan əlavə, Rusiya Federasiyası "Azərbaycan Dəmir Yolları" QSC və SOCAR-ın ehtiyacları üçün dəmir yolu avadanlıqları tədarük edə bilər. Qeyd edək ki, Şimal-Cənub BND-nin imkanlarının genişləndirilməsi çərçivəsində Rusiya Federasiyası, Azərbaycan və İran dəmir yolunun çatışmayan hissələrinin tikintisini başa çatdırmaq üzrədirlər. Belə ki, bu ilin may ayında Rusiya və İran arasında Rəşt-Astara dəmir yolunun yaradılması üçün layihələndirmə, tikinti və malların və xidmətlərin çatdırılmasının maliyyələşdirilməsi üzrə əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəd mərasimə videobağlantı vasitəsilə qatılan dövlət başçıları - İran lideri İbrahim Rəisi və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə imzalanıb. Rusiyanın bu tikinti üçün 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayıracağı da bildirilib. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Rəşt-Astara hissəsinin dəmir yolu hissəsinin tikintisinin 2028-ci ilə qədər başa çatdırılması nəzərdə tutulub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41692/08/416920890_134:0:1913:1334_1920x0_80_0_0_5c1f077c810d2a65790860e5fc1aa897.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"şimal-cənub" beynəlxalq nəqliyyat dəhlizi, yük daşıma, avro, rusiya, iran, azərbaycan dəmir yolları, milyard
"şimal-cənub" beynəlxalq nəqliyyat dəhlizi, yük daşıma, avro, rusiya, iran, azərbaycan dəmir yolları, milyard
"Şimal-Cənub" BND vasitəsilə dəmir yolu yükdaşımaları artırılacaq
11:21 08.09.2023 (Yenilənib: 11:52 08.09.2023) Mənbə bildirib ki, tərəflər artan yükdaşıma həcmini təmin etmək üçün öz ərazilərində beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutu üzrə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması üzərində işi davam etdirəcəklər.
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycan və Rusiya 2027-ci ilə qədər Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi (BND) ilə dəmir yolu ilə yükdaşımaların həcmini ildə 15 milyon tona çatdırmaq niyyətindədirlər.
Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Azərbaycan hökumətindəki mənbə bildirib.
"Azərbaycan və Rusiya sərhəd stansiyalarının ötürücülük qabiliyyəti də daxil olmaqla, 2027-ci ilə qədər dəhlizin daşıma qabiliyyətini dəmir yolu tranzit daşımalarında ildə ən azı 15 milyon tona çatdırmaq üçün əməkdaşlıq etmək niyyətindədir", - deyə agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, tərəflər bu istiqamətdə artan yükdaşıma həcmini təmin etmək üçün öz ərazilərində beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutu üzrə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması üzərində işi davam etdirəcəklər.
Xüsusilə, dəmir yolu idarələrinə tapşırılıb ki, Bakı-Yalama-Rusiya Federasiyası ilə sərhəd (Azərbaycan ərazisində) və Dərbənd-Samur-Azərbaycan sərhədi (Rusiya ərazisində) hissələri birbaşadan dəyişən cərəyana keçsin.
Mənbə, həmçinin qeyd edib ki, Rusiya Azərbaycan ərazisində dəmir yolu infrastrukturu layihələrində, o cümlədən Şimal-Cənub BND-də dəmir yolu hissələrinin yenidən qurulması və modernləşdirilməsində iştirak etməkdə maraqlıdır. Bundan əlavə, Rusiya Federasiyası "Azərbaycan Dəmir Yolları" QSC və SOCAR-ın ehtiyacları üçün dəmir yolu avadanlıqları tədarük edə bilər.
Qeyd edək ki, Şimal-Cənub BND-nin imkanlarının genişləndirilməsi çərçivəsində Rusiya Federasiyası, Azərbaycan və İran dəmir yolunun çatışmayan hissələrinin tikintisini başa çatdırmaq üzrədirlər. Belə ki, bu ilin may ayında Rusiya və İran arasında Rəşt-Astara dəmir yolunun yaradılması üçün layihələndirmə, tikinti və malların və xidmətlərin çatdırılmasının maliyyələşdirilməsi üzrə əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəd mərasimə videobağlantı vasitəsilə qatılan dövlət başçıları - İran lideri İbrahim Rəisi və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə imzalanıb.
Rusiyanın bu tikinti üçün 1,3 milyard avro məbləğində dövlətlərarası kredit ayıracağı da bildirilib. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.
Rəşt-Astara hissəsinin dəmir yolu hissəsinin tikintisinin 2028-ci ilə qədər başa çatdırılması nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.