Sel suları Qəbələdə yol infrastrukturuna ziyan vurub - FOTO
© Photo : Azerbaijan Highway State AgencySel suları Qəbələdə yol infrastrukturuna ziyan vurub
© Photo : Azerbaijan Highway State Agency
Abunə olmaq
Sözügedən ərazilərin nəzarətdə saxlanıldığı və yolların bərpası istiqamətində aparılan işlərin davam etdirildiyi qeyd edilir.
BAKI, 8 sentyabr — Sputnik. Yağan güclü yağış nəticəsində yaranan sel suları Qəbələ rayonun yol infrastrukturuna və yol qurğularına ziyan vurub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
© Photo : Azerbaijan Highway State AgencySel suları Qəbələdə yol infrastrukturuna ziyan vurub
Sel suları Qəbələdə yol infrastrukturuna ziyan vurub
© Photo : Azerbaijan Highway State Agency
Bildirilir ki, Qaraməryəm-İsmayıllı-Şəki (65-85 km-lik hissəsi), Yemişanlı–Uludaş, Həmzəli-Cığatelli, Xırxatala, Qəbələ-Bum-Qəmərvan avtomobil yollarında sel sularının yolları yuması və özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması, ağacların yollara aşması nəticəsində yolların bəzi hissələri yararsız hala düşmüş, suötürücü borular sıradan çıxıb. Bundan başqa rayon ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini də yuyaraq sıradan çıxarıb.
© Photo : Azerbaijan Highway State AgencySel suları Qəbələdə yol infrastrukturuna ziyan vurub
Sel suları Qəbələdə yol infrastrukturuna ziyan vurub
© Photo : Azerbaijan Highway State Agency
Agentlik tərəfindən aparılan işlər çərçivəsində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Qısa müddət ərzində Dəmiraparançayın sol sahilindən alternativ yol ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub.
Sözügedən ərazilərin nəzarətdə saxlanıldığı və yolların bərpası istiqamətində aparılan işlərin davam etdirildiyi qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.