https://sputnik.az/20230908/randan-qanunsuz-olaraq-azerbaycana-kecmek-isteyen-efqanistan-vetendaslari-saxlanilib-458435984.html
İrandan qanunsuz olaraq Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanılıb
İrandan qanunsuz olaraq Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanılıb
Sputnik Azərbaycan
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularının müəyyən edilərək saxlanılmaları həyata keçirilib. 08.09.2023, Sputnik Azərbaycan
2023-09-08T23:48+0400
2023-09-08T23:48+0400
2023-09-08T23:48+0400
iran
cəmiyyət
əfqanıstan
sərhəd
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458435093_0:55:1044:642_1920x0_80_0_0_dc18e7784f20f159455bc783a17758a2.jpg
BAKI, 8 sentyabr — Sputnik. Sentyabrın 5-də saat 06:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin Astara şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar olunub. Bu barədə DSX-dən bildirilib. Sərhəd zastavası dərhal "Silaha" komandasına qaldırılıb, xidməti ərazi qapadılıb və ərazidə axtarış tədbirləri həyata keçirilərək hüquq mühafizə orqanlarına məlumat verilib. Keçirilmiş kompleks əməliyyat və qoşun tədbirləri nəticəsində sərhəd pozucularının Əfqanıstan İslam Respublikası vətəndaşları 1997-ci il təvəllüdlü Azhar Nukhtar və 2003-cü il təvəllüdlü Sardar Vali Samsoor olmaları müəyyən edilərək saxlanılmaları həyata keçirilib. Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədilə pozmaları müəyyən olunub. Fakt üzrə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458435093_58:0:986:696_1920x0_80_0_0_37e0a961fff7c75c68806eb5ac9b898a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, əfqanıstan, sərhəd
İrandan qanunsuz olaraq Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanılıb
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularının müəyyən edilərək saxlanılmaları həyata keçirilib.
BAKI, 8 sentyabr — Sputnik. Sentyabrın 5-də saat 06:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin Astara şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar olunub. Bu barədə DSX-dən bildirilib.
Sərhəd zastavası dərhal "Silaha" komandasına qaldırılıb, xidməti ərazi qapadılıb və ərazidə axtarış tədbirləri həyata keçirilərək hüquq mühafizə orqanlarına məlumat verilib.
Keçirilmiş kompleks əməliyyat və qoşun tədbirləri nəticəsində sərhəd pozucularının Əfqanıstan İslam Respublikası vətəndaşları 1997-ci il təvəllüdlü Azhar Nukhtar və 2003-cü il təvəllüdlü Sardar Vali Samsoor olmaları müəyyən edilərək saxlanılmaları həyata keçirilib.
Araşdırma zamanı saxlanılan şəxslərin dövlət sərhədini Azərbaycandan Avropa ölkələrinə getmək məqsədilə pozmaları müəyyən olunub.
Fakt üzrə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.