CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaradağ və Səbail rayonunun bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq

© Sputnik / Elvin AhmadSu kranı, arxiv
Su kranı, arxiv - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Abunə olmaq
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
BAKI, 8 sentyabr - Sputnik. Son günlər regionlarda müşahidə olunan intensiv yağıntılar üzündən Kür Sutəmizləyici Qurğular Kompleksində və Kür-Bakı magistral su kəmərində zəruri təmir-bərpa işləri aparılır.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna və Səbail rayonunun bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Agentlik yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0