https://sputnik.az/20230908/nasa-yerdeki-buzlaqlarin-50-i-yox-olacaq-458404323.html
NASA: Yerdəki buzlaqların 50%-i yox olacaq
NASA: Yerdəki buzlaqların 50%-i yox olacaq
Sputnik Azərbaycan
Alimlərin materiallarından belə nəticəyə gəlmək olar ki, gələn əsrin əvvəllərində Mərkəzi Avropada, eləcə də Kanada və Alyaska ilə birlikdə ABŞ-ın qərbində... 08.09.2023, Sputnik Azərbaycan
2023-09-08T01:15+0400
2023-09-08T01:15+0400
2023-09-08T01:15+0400
buzlaq
elm
yer
yer planeti
nasa
alimlər
antarktida
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444337569_0:182:2992:1865_1920x0_80_0_0_de1224028ef0990681f7da2b6f79a01a.jpg
BAKI, 8 sentyabr — Sputnik. Pittsburqdakı Karnegi-Melon Universitetinin alimləri müəyyən etdilər ki, 1,5 ° C istiləşmə zamanı 2100-cü ilə qədər bütün planetdə dağlar qar örtüyünün yarısını itirəcəklər. Araşdırmanın nəticələri NASA-nın saytında dərc olunub. Bu hədd 2015-ci il Paris İqlim Sazişində müəyyən edilib. Əvvəllər hesab olunurdu ki, bu həddə qədər istiləşmə planet və onun sakinləri üçün fəlakətli nəticələrə səbəb olmayacaq. Alimlərin materiallarından belə nəticəyə gəlmək olar ki, gələn əsrin əvvəllərində Mərkəzi Avropada, eləcə də Kanada və Alyaska ilə birlikdə ABŞ-ın qərbində bütün buzlaqlar əriyə bilər ki, bu da dəniz səviyyəsinin doqquz santimetr qalxmasına səbəb olacaq. Bundan əlavə, 4°C istiləşmə ilə dünyadakı buzlaqların 80%-i əriyəcək. Tədqiqatçılar bu qənaətə gəliblər ki, okeanın səviyyəsi 15 santimetr yüksələcək. Əvvəllər alimlər genişmiqyaslı tədqiqatlar apardıqdan sonra müəyyən etmişdilər ki, aktiv vulkanlar Antarktidanın buzları altında gizlənir və onlardan biri püskürməyə başlayarsa, bu, bütün planet üçün geniş miqyaslı nəticələrə gətirib çıxara bilər. Hazırda onlar heç bir təhlükə yaratmırlar, lakin tezliklə qlobal istiləşmə səbəbindən hər şey dəyişə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444337569_132:0:2861:2047_1920x0_80_0_0_7a0594a900e299ee2942a72fba071324.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
buzlaq, yer, yer planeti, nasa, alimlər, antarktida
buzlaq, yer, yer planeti, nasa, alimlər, antarktida
NASA: Yerdəki buzlaqların 50%-i yox olacaq
Alimlərin materiallarından belə nəticəyə gəlmək olar ki, gələn əsrin əvvəllərində Mərkəzi Avropada, eləcə də Kanada və Alyaska ilə birlikdə ABŞ-ın qərbində bütün buzlaqlar əriyə bilər.
BAKI, 8 sentyabr — Sputnik. Pittsburqdakı Karnegi-Melon Universitetinin alimləri müəyyən etdilər ki, 1,5 ° C istiləşmə zamanı 2100-cü ilə qədər bütün planetdə dağlar qar örtüyünün yarısını itirəcəklər.
Araşdırmanın nəticələri NASA-nın saytında dərc olunub.
Bu hədd 2015-ci il Paris İqlim Sazişində müəyyən edilib. Əvvəllər hesab olunurdu ki, bu həddə qədər istiləşmə planet və onun sakinləri üçün fəlakətli nəticələrə səbəb olmayacaq.
Alimlərin materiallarından belə nəticəyə gəlmək olar ki, gələn əsrin əvvəllərində Mərkəzi Avropada, eləcə də Kanada və Alyaska ilə birlikdə ABŞ-ın qərbində bütün buzlaqlar əriyə bilər ki, bu da dəniz səviyyəsinin doqquz santimetr qalxmasına səbəb olacaq. Bundan əlavə, 4°C istiləşmə ilə dünyadakı buzlaqların 80%-i əriyəcək. Tədqiqatçılar bu qənaətə gəliblər ki, okeanın səviyyəsi 15 santimetr yüksələcək.
Əvvəllər alimlər genişmiqyaslı tədqiqatlar apardıqdan sonra müəyyən etmişdilər ki, aktiv vulkanlar Antarktidanın buzları altında gizlənir və onlardan biri püskürməyə başlayarsa, bu, bütün planet üçün geniş miqyaslı nəticələrə gətirib çıxara bilər. Hazırda onlar heç bir təhlükə yaratmırlar, lakin tezliklə qlobal istiləşmə səbəbindən hər şey dəyişə bilər.