ELM

Hər gün bir portağal adamları hansı xəstəliklərdən xilas edir?

© AFP 2024 / LIONEL BONAVENTUREPortağal satışı, arxiv şəkli
Portağal satışı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Abunə olmaq
Həkimlər bildirir ki, müxtəlif xəstəliklərlə mübarizə aparmaq üçün gün ərzində 3 stəkan təzə çəkilmiş portağal suyu içmək lazımdır.
BAKI, 8 sentyabr — Sputnik. Hər gün ən azı bir ədəd portağal yeməklə müxtəlif xəstəliklərin yaranmasının qarşısını almaq olar.
Türkiyə mediasının yaydığı xəbərə görə, C vitamini ilə zəngin olan bu sitrus meyvəsi immun sistemini möhkəmləndirir, viruslarla mübarizə aparmağa kömək edir, iltihabın qarşısını alır.
Bundan başqa, gündə bir ədəd portağal yeməklə çəkini tənzimləmək mümkündür.
Portağal həmçinin xərçəng xəstəliyinin yaranmasının da qarşısını alır.
Bu sitrus meyvəsi eyni zamanda ürək, qan-damar sistemi, həmçinin dəri üçün də faydalıdır.
Portağalın tərkibindəki anti-oksidantlar hüceyrələrin qocalmasının qarşısını alır.
Həkimlər bildirir ki, müxtəlif xəstəliklərlə mübarizə aparmaq üçün gün ərzində 3 stəkan təzə çəkilmiş portağal suyu içmək çox faydalıdır.
Xəbər lenti
0