Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Hava hücumundan müdafiə bölmələrinin peşəkarlığı artırılır - VİDEO

© AR Ministry of DefenceHHM bölmələrinin peşəkarlığı artırılır
HHM bölmələrinin peşəkarlığı artırılır - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Abunə olmaq
Azərbaycan Ordusunun müxtəlif qoşun növlərində hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən təlimlər davam edir.
BAKI, 8 sentyabr — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı məşğələləri keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən təlimdə döyüş atışları icra olunub.
Şərti düşmənin hava hədəflərinin aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.
Azərbaycan Ordusunun müxtəlif qoşun növlərində hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən təlimlər davam edir.
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb
Xatırladaq ki, 2023-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.
Toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də düzgün istifadə qaydaları öyrədilib.
Həmçinin hərbi vəzifəlilərin mənəvi-psixoloji vəziyyətləri yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.
Təlim toplanışı başa çatdıqdan sonra hərbi vəzifəlilər aidiyyəti dövlət qurumunun nümayəndələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0