NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dolların güclənməsi nefti ucuzlaşdırdı

© AP Photo / Richard DrewBirja, arxiv
Birja, arxiv - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Abunə olmaq
Səudiyyə Ərəbistanı və Rusiyanın könüllü tədarük ixtisarını ilin sonuna qədər uzatdıqdan sonra qiymətlər 10 ayın ən yüksək səviyyəsinə çatıb.
BAKI, 8 sentyabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb. Çində iqtisadiyyatın yavaşlaması ilə bağlı narahatlıqlar, ABŞ dollarının güclənməsi nefti ucuzlaşdırıb.
"Brent" markalı neft 41 sent ucuzlaşaraq 89,51 dollara, ABŞ-ın Qərbi Texas nefti isə 50 sent azalaraq 86,36 dollara düşüb.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti isə 0,68 dollar artaraq 96,43 dollar təşkil edib.
Səudiyyə Ərəbistanı və Rusiyanın könüllü tədarük ixtisarını ilin sonuna qədər uzatdıqdan sonra qiymətlər 10 ayın ən yüksək səviyyəsinə çatıb.
Analitiklərin fikrincə, neftin bahalaşmasına baxmayaraq Çin iqtisadiyyatı ilə bağlı narahatlıq və güclü ABŞ dolları qiymətlərə təsir edir.
İnvestorlar ABŞ-da faiz dərəcələrinin son 20 ilin ən yüksək həddində qalacağını gözləyirlər və bu, dolların bahalaşmasına səbəb olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib.
Qeyd edək ki, dünən "Brent" markalı neftin barel qiyməti ötən ilin noyabrından bu yana ən yüksək həddə çatmışdı.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0