CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dağ rayonları bu tarixlərdə istilik enerjisi ilə təmin olunacaq

© Sputnik/Murad Orucovİstilik sistemi
İstilik sistemi - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Abunə olmaq
Qaydaya əsasən, Daşkəsən, Gədəbəy, Xaçmaz, Kəlbəcər, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa, Yardımlı rayonlarına sözügedən tarixlərdə istilik veriləcək.
BAKI, 8 sentyabr — Sputnik. 1 noyabr – 1 may tarixlərində istilik verilməsi nəzərdə tutulan dağ rayonlarının siyahısı məlum olub.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "İstilik enerjisindən istifadə qaydaları"nda əksini tapıb.
Qaydaya əsasən, Daşkəsən, Gədəbəy, Xaçmaz, Kəlbəcər, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa, Yardımlı rayonlarına sözügedən tarixlərdə istilik veriləcək.
Qeyd edək ki, istilik enerjisindən istifadə qaydaları təsdiqlənib. Nazirlər Kabinet bununla bağlı müvafiq qərar verib.
Müəyyən edilib ki, Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi fəaliyyətə başlayanadək "İstilik enerjisindən istifadə qaydaları"nda həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.
Qərara əsasən, istilik enerjisindən istifadə qaydaları müəyyən edilmiş, enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında yaranan qarşılıqlı münasibətlər və bununla əlaqədar digər məsələlər tənzimlənəcək. İstilik enerjisindən istifadə qaydaları istehlakçıların istilik təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün texniki şərtlərin verilməsi, sayğacların quraşdırılması və istismarı, istehlakçı və enerji təchizatı müəssisəsinin hüquq və vəzifələrini, istilik və isti su təchizatı xidmətlərinin dayandırılması hallarını, istilik və isti su təchizatı xidmətlərindən istifadəyə görə hesablaşma məsələlərini müəyyən edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0