Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Çində beynəlxalq sərgi keçiriləcək - Azərbaycan ixracatçılarının nəzərinə!

© AFP 2023 / FRED DUFOURPekinə mənzərə, arxiv şəkli
Pekinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Abunə olmaq
Vahid ölkə stendində iştirak etmək üçün müvafiq sənədlər sentyabrın 29-dək AZPROMO-ya təqdim olunmalıdır.
BAKI, 8 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi noyabrın 5-10-da Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək VI Beynəlxalq Çin İdxal sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib ki, vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 30 şirkətdir. İştirakçılar müsabiqə əsasında seçiləcək. Sərginin əhatə etdiyi sahələr qida və içki sənayesidir.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında oktyabrın 6-da AZPROMO-da təşkil olunacaq.
Vahid ölkə stendində iştirak etmək üçün müvafiq sənədlər sentyabrın 29-dək AZPROMO-ya təqdim olunmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0