Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın kənd təsərrüfatı naziri Özbəkistanda keçirilən beynəlxalq konfransda - FOTO

© Photo : Ministry of Agriculture (Azerbaijan)Azərbaycanın kənd təsərrüfatı naziri Özbəkistanda keçirilən beynəlxalq konfransda
Azərbaycanın kənd təsərrüfatı naziri Özbəkistanda keçirilən beynəlxalq konfransda - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Abunə olmaq
Azərbaycan hökumətinin kənd təsərrüfatında rəqəmsallaşmaya xüsusi önəm verdiyini deyən nazir əlavə edib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan Prezidenti Qarabağ bölgəsini yaşıl enerji zonası elan edib.
BAKI, 8 sentyabr — Sputnik. Özbəkistanın Səmərqənd şəhərində ərzaq təhlükəsizliyi üzrə beynəlxalq konfrans keçirilib.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi, Özbəkistan hökumətinin təşkilatçılığı ilə keçirilən bu mötəbər beynəlxalq tədbirdə 30-dan çox ölkənin rəsmiləri, nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri, elmi-tədqiqat müəssisələrinin mütəxəssisləri və ekspertlər iştirak edib.
Azərbaycanı beynəlxalq tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov təmsil edib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, plenar iclasda çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, dayanıqlı aqrar qida sistemlərinin yaradılmasında kənd təsərrüfatının rəqəmsallaşdırılması, eləcə də qabaqcıl texnologiyalar və ən yaxşı təcrübələrin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Nazir Məcnun Məmmədov əhalisinin sayı daim artan dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqro-ərzaq sistemlərinin transformasiyasının vacib olduğunu diqqətə çatdırıb.
© Photo : Ministry of Agriculture (Azerbaijan)Azərbaycanın kənd təsərrüfatı naziri Özbəkistanda keçirilən beynəlxalq konfransda
Azərbaycanın kənd təsərrüfatı naziri Özbəkistanda keçirilən beynəlxalq konfransda - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Azərbaycanın kənd təsərrüfatı naziri Özbəkistanda keçirilən beynəlxalq konfransda
Azərbaycan hökumətinin kənd təsərrüfatında rəqəmsallaşmaya xüsusi önəm verdiyini deyən nazir Məcnun Məmmədov əlavə edib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ bölgəsini yaşıl enerji zonası elan edib. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərdə gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı tədbirlər uğurla həyata keçirilir. Qeyd olunub ki, bu ərazilərdə kənd təsərrüfatı ən yaxşı texnologiya və təcrübələri özündə ehtiva edən ağıllı kənd konsepsiyasına əsasən inkişaf etdiriləcək. Bu hədəf FAO-nun müxtəlif ölkələrdə kəndlərin rəqəmsallaşma yolu ilə gələcəkdə "ağıllı kənd"ə çevrilməsi planına uyğun gəldiyindən Azərbaycan bu istiqamətdə sıx əməkdaşlığa hazırdır. Bununla yanaşı, digər strateji təşəbbüslərə qoşulan Azərbaycan beynəlxalq platformalarda da effektli əməkdaşlığı dəstəkləyir.
Konfransda ərzaq təhlükəsiziliyinin, kənd təsərrüfatının dayanaqlı inkişafının təmin edilməsi ilə bərabər ətraf mühitin, eləcə də torpaq və su resurslarının qorunması, innovasiyaların kənd təsərrüfatının müxtəlif sahələrinə tətbiqi məsələsinin müasir dövrün ən aktual çağırışlarından olduğu vurğulanıb.
© Photo : Ministry of Agriculture (Azerbaijan)Azərbaycanın kənd təsərrüfatı naziri Özbəkistanda keçirilən beynəlxalq konfransda
Azərbaycanın kənd təsərrüfatı naziri Özbəkistanda keçirilən beynəlxalq konfransda - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Azərbaycanın kənd təsərrüfatı naziri Özbəkistanda keçirilən beynəlxalq konfransda
Konfrans işini mövzu ətrafında panel sessiyalarla davam etdirib.
Tədbir iştirakçıları "Özbəkistan aqro-ərzaq investisiya forumu"nda iştirak edib, "Özbəkistanın aqro-ərzaq potensialı" sərgisinə baş çəkib, sərgidə nümayiş olunan kənd təsərrüfatı texnikaları, qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar, qida məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları və digər məhsullara baxış keçiriblər.
Səfər çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qətərin Bələdiyyə və Ətraf Mühit naziri Abdullah bin Abdulaziz bin Turki Al-Subaie ilə görüşüb. Görüşdə Azərbaycan və Qətər arasında aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılması, "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun yenilənməsi, bu ilin oktyabr ayında Qətərdə keçiriləcək bağçılıqla bağlı sərginin əhəmiyyəti və Azərbaycanın bu sərgidə iştirakı məsələləri müzakirə olunub.
© Photo : Ministry of Agriculture (Azerbaijan)Azərbaycanın kənd təsərrüfatı naziri Özbəkistanda keçirilən beynəlxalq konfransda
Azərbaycanın kənd təsərrüfatı naziri Özbəkistanda keçirilən beynəlxalq konfransda - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Azərbaycanın kənd təsərrüfatı naziri Özbəkistanda keçirilən beynəlxalq konfransda
Eyni zamanda, nazir Məcnun Məmmədov və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baidaulet arasında görüş keçirilib. Tərəflər regional qida təhlükəsizliyinin təmin edilməsi məsələsini müzakirə ediblər, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi istiqamətində imkanlar nəzərdən keçirilib.
Səfər çərçivəsində Nazir Məcnun Məmmədovla Qırğız Respublikasının kənd təsərrüfatı naziri Askarbek Canibekovla ikitərəfli görüş baş tutub. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı, xüsusilə heyvandarlıq, toxumçuluq sahələrində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Qırğız tərəfi rəqəmsallaşma, "in-vitro" laboratoriyası sahələrində Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını qeyd edib və bununla bağlı qarşılıqlı razılıq əldə olunub.
Səfər çərçivəsində tədbir iştirakçılarının Səmərqənddə kənd təsərrüfatı obyektləri və sahələrə baxış keçirməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0