CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan dəniz suyunun duzsuzlaşdırılması sahəsində İsraillə əməkdaşlıq edəcək - FOTO

© Photo : AzersuAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə İsrailin Mekorot Water Company şirkəti arasında müqavilə imzalanıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə İsrailin Mekorot Water Company şirkəti arasında müqavilə imzalanıb
 - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Abunə olmaq
İsrail şirkətinin Direktorlar Şurasının sədri Amir Lang ölkəsində içməli suya olan tələbatın 90 %-ni təmsil etdiyi şirkətin təmin etdiyini, istehlakçılara verilən suyun təqribən 60 %-nin dəniz suyunun duzsuzlaşdırılması ilə əldə olunduğunu bildirib.
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Azərsu" ASC ilə İsrailin milli su operatoru "Mekorot Water Company" şirkəti arasında dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində texniki məsləhət xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb.
Bu barədə Agentlikdən bildirilib.
Məlumata görə, "Azərsu" ASC-də "Mekorot Water Company" şirkətinin nümayəndələri ilə görüş keçirilib.
© Photo : AzersuAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə İsrailin Mekorot Water Company şirkəti arasında müqavilə imzalanıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə İsrailin Mekorot Water Company şirkəti arasında müqavilə imzalanıb
 - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə İsrailin Mekorot Water Company şirkəti arasında müqavilə imzalanıb
Görüşdə Agentliyin sədri Zaur Mikayılov ölkəmizdə içməli və tullantı su təchizatı sistemlərinin yenidən qurulması ilə bağlı görülən işlər barədə məlumat verərək layihələrin icrasında dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb: "Prezidentin 12 aprel 2023-cü il tarixli sərəncamı ilə Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrasına başlanılıb. Xəzər dənizinin suyunun emalı sahəsində İsrail şirkətləri ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır".
İsrail şirkətinin Direktorlar Şurasının sədri Amir Lang ölkəsində içməli suya olan tələbatın 90 %-ni təmsil etdiyi şirkətin təmin etdiyini, istehlakçılara verilən suyun təqribən 60 %-nin dəniz suyunun duzsuzlaşdırılması ilə əldə olunduğunu bildirib.
© Photo : AzersuAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə İsrailin Mekorot Water Company şirkəti arasında müqavilə imzalanıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə İsrailin Mekorot Water Company şirkəti arasında müqavilə imzalanıb
 - Sputnik Azərbaycan, 1920, 08.09.2023
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə İsrailin Mekorot Water Company şirkəti arasında müqavilə imzalanıb
Görüşdə içməli su təchizatı sektorunda gələcək əməkdaşlıq məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, aprelin 12-də Prezident İlham Əliyev "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalayıb.
Sərəncam “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə imzalanıb.
Sərəncama əsasən Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0