Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST rəhbəri: “Ölüm hallarının artması COVID-19-un bitməyəcəyini göstərir”

© AFP 2024 / FABRICE COFFRINIÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus - Sputnik Azərbaycan, 1920, 07.09.2023
Abunə olmaq
Dünya ölkələrinin 25 %-dən az hissəsi ölüm və xəstəxanaya yerləşdirilmə halları ilə bağlı məlumat verməyə davam edir.
BAKI, 6 sentyabr - Sputnik. “Yaxın Şərq, Asiya və Avropada COVID-19 səbəbindən ölüm və xəstəxanaya yerləşdirilmələrin sayının artması virusun bitməyəcəyini göstərir”.
“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus brifinqdə deyib.
O bildirib ki, Yaxın Şərq və Asiyanın bəzi bölgələrində COVID-19 səbəbiylə ölüm halları, Avropada isə bu virusla əlaqədar reanimasiya şöbələrinə yerləşdirmələr artır. “Bu kimi hallar göstərir ki, COVID-19 bizimlə olacaq və hələ də onunla mübarizə aparmaq üçün alətlərə ehtiyacımız olacaq”, - ÜST rəhbəri söyləyib.
Onun sözlərinə görə, dünya ölkələrinin 25 %-dən az hissəsi ölüm və xəstəxanaya yerləşdirilmə halları ilə bağlı məlumat verməyə davam edir.
Xəbər lenti
0