https://sputnik.az/20230907/pasinyan-ermenistan-sulhe-dair-sazis-imzalamaq-isteyir-458390118.html
Paşinyan: "Ermənistan sülhə dair saziş imzalamaq istəyir"
Paşinyan: "Ermənistan sülhə dair saziş imzalamaq istəyir"
Sputnik Azərbaycan
Ermənistanın Baş naziri bildirib ki, Ermənistan Azərbaycanla sülh və münasibətlərin nizamlanmasına dair saziş imzalamaq istəyir. 07.09.2023, Sputnik Azərbaycan
2023-09-07T12:10+0400
2023-09-07T12:10+0400
2023-09-07T12:12+0400
ermənistanın baş naziri nikol paşinyan
siyasət
qoşun
azərbaycan
qarabağ
sülh
sülh sazişi
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435932_0:0:2915:1640_1920x0_80_0_0_1396018eb66194d4fe9350a88978b0ac.jpg
BAKI, 7 sentyabr — Sputnik. Ermənistanla sərhəddə və Azərbaycanın Qarabağ bölgəsinin ətrafında qoşunlar cəmləşib, vəziyyət çox təhlükəlidir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. "Ötən həftə ərzində regionumuzda hərbi-siyasi vəziyyət xeyli pisləşib. Səbəb ondan ibarətdir ki, bir neçə gündür Qarabağ və Ermənistan-Azərbaycan sərhədinin təmas xətti boyunca qoşun toplanır", - deyə nazir bildirib. Paşinyanın sözlərinə görə,"vəziyyət elədir ki, beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurasına üzv olan dövlətlər regionda yeni partlayışın qarşısını almaq üçün ciddi tədbirlər görməlidirlər". "Ermənistan Azərbaycanla sülh və münasibətlərin nizamlanmasına dair saziş imzalamaq istəyir və buna hazırdır. Biz Brüssel və Praqadakı əldə olunmuş razılaşmalar və üçtərəfli bəyanat (Ermənistan, Azərbaycan və Rusiya liderləri) əsasında sülh çağırışına sadiqliyimizi ifadə edirik", - deyə Paşinyan bildirib. Xatırladaq ki, son günlər mətbuatda Ermənistanın Azərbaycanla sərhədə qoşun toplamasına dair məlumatlar və videolar dərc olunmaqdadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435932_92:0:2823:2048_1920x0_80_0_0_f3eb25fde1e1d8bd74802185e58a979a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistanın baş naziri nikol paşinyan, qoşun, azərbaycan, qarabağ, sülh, sülh sazişi
ermənistanın baş naziri nikol paşinyan, qoşun, azərbaycan, qarabağ, sülh, sülh sazişi
Paşinyan: "Ermənistan sülhə dair saziş imzalamaq istəyir"
12:10 07.09.2023 (Yenilənib: 12:12 07.09.2023) Ermənistanın Baş naziri bildirib ki, Ermənistan Azərbaycanla sülh və münasibətlərin nizamlanmasına dair saziş imzalamaq istəyir.
BAKI, 7 sentyabr — Sputnik. Ermənistanla sərhəddə və Azərbaycanın Qarabağ bölgəsinin ətrafında qoşunlar cəmləşib, vəziyyət çox təhlükəlidir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
"Ötən həftə ərzində regionumuzda hərbi-siyasi vəziyyət xeyli pisləşib. Səbəb ondan ibarətdir ki, bir neçə gündür Qarabağ və Ermənistan-Azərbaycan sərhədinin təmas xətti boyunca qoşun toplanır", - deyə nazir bildirib.
Paşinyanın sözlərinə görə,"vəziyyət elədir ki, beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurasına üzv olan dövlətlər regionda yeni partlayışın qarşısını almaq üçün ciddi tədbirlər görməlidirlər".
"Ermənistan Azərbaycanla sülh və münasibətlərin nizamlanmasına dair saziş imzalamaq istəyir və buna hazırdır. Biz Brüssel və Praqadakı əldə olunmuş razılaşmalar və üçtərəfli bəyanat (Ermənistan, Azərbaycan və Rusiya liderləri) əsasında sülh çağırışına sadiqliyimizi ifadə edirik", - deyə Paşinyan bildirib.
Xatırladaq ki, son günlər mətbuatda Ermənistanın Azərbaycanla sərhədə qoşun toplamasına dair məlumatlar və videolar dərc olunmaqdadır.