https://sputnik.az/20230907/neft-bu-gun-niye-ucuzlasdi-458385912.html
Neft bu gün niyə ucuzlaşdı?
Neft bu gün niyə ucuzlaşdı?
Sputnik Azərbaycan
Dünən "Brent" markalı neftin barel qiyməti ötən ilin noyabrından bu yana ən yüksək həddə çatmışdı. 07.09.2023, Sputnik Azərbaycan
2023-09-07T10:55+0400
2023-09-07T10:55+0400
2023-09-07T11:37+0400
neft
neft-qaz
qaz
neft qiymətləri
"azerilight" markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288643_0:160:3072:1888_1920x0_80_0_0_5ca66dfd31ef15c91c3eab58c649b200.jpg
BAKI, 7 sentyabr — Sputnik. Tələblə bağlı narahatlıqlar hasilatın daha da azalacağı gözləntilərini üstələdiyi üçün neft qiymətləri ucuzlaşıb. Çində qeyri-müəyyən iqtisadi mənzərə səbəbindən neftə olan tələblə bağlı narahatlıqlar var. Digər tərəfdən, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib. Lakin tələbin azalacağı ilə bağlı narahatlıqlar hasilatın azalacağı gözləntilərini üstələyib. Ona görə də qiymətlər ucuzlaşıb. "Brent" nefti 24 sent azalaraq 90,36 dollara, ABŞ-nin Qərbi Texas nefti 29 sent ucuzlaşaraq 87,25 dollara düşüb. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 0,67 dollar azalaraq 95,75 dollar təşkil edib. Qeyd edək ki, dünən "Brent" markalı neftin barel qiyməti ötən ilin noyabrından bu yana ən yüksək həddə çatmışdı. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288643_171:0:2902:2048_1920x0_80_0_0_5cf1b0365278049a7e49798284b977ac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qaz, neft qiymətləri, "azerilight" markalı neft
neft, qaz, neft qiymətləri, "azerilight" markalı neft
Neft bu gün niyə ucuzlaşdı?
10:55 07.09.2023 (Yenilənib: 11:37 07.09.2023) Dünən "Brent" markalı neftin barel qiyməti ötən ilin noyabrından bu yana ən yüksək həddə çatmışdı.
BAKI, 7 sentyabr — Sputnik. Tələblə bağlı narahatlıqlar hasilatın daha da azalacağı gözləntilərini üstələdiyi üçün neft qiymətləri ucuzlaşıb.
Çində qeyri-müəyyən iqtisadi mənzərə səbəbindən neftə olan tələblə bağlı narahatlıqlar var. Digər tərəfdən, Səudiyyə Ərəbistanı iyul ayından etibarən həyata keçirilən gündəlik neft hasilatının könüllü olaraq 1 milyon barel azaldılmasını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb. Həmçinin Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilin sonuna qədər neft ixracını könüllü olaraq gündəlik 300 min barel azaldılacağını bildirib. Lakin tələbin azalacağı ilə bağlı narahatlıqlar hasilatın azalacağı gözləntilərini üstələyib. Ona görə də qiymətlər ucuzlaşıb.
"Brent" nefti 24 sent azalaraq 90,36 dollara, ABŞ-nin Qərbi Texas nefti 29 sent ucuzlaşaraq 87,25 dollara düşüb.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 0,67 dollar azalaraq 95,75 dollar təşkil edib.
Qeyd edək ki, dünən "Brent" markalı neftin barel qiyməti ötən ilin noyabrından bu yana ən yüksək həddə çatmışdı.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.