https://sputnik.az/20230907/kuleba-spirtli-icki-qebul-etdikden-sonra-halsizliga-gore-mcdonaldsa-gedirmis-458395888.html
Kuleba spirtli içki qəbul etdikdən sonra halsızlığa görə "McDonald's"a gedirmiş
Kuleba spirtli içki qəbul etdikdən sonra halsızlığa görə "McDonald's"a gedirmiş
Sputnik Azərbaycan
Nəşr yazıb ki, siyasətçilər Kiyevdəki "McDonald's" restoranında "kollec günlərindən hekayələr mübadiləsi aparıblar. 07.09.2023, Sputnik Azərbaycan
2023-09-07T23:41+0400
2023-09-07T23:41+0400
2023-09-07T23:41+0400
ukrayna
dünya xəbərləri
mcdonald's
"mcdonalds"
entoni blinken
içki
https://cdnn1.img.sputnik.az/img/07e7/09/07/458395720_0:0:3072:1728_1920x0_80_0_0_64533b1c044fbc336122af4b996dce2d.jpg
BAKI, 7 sentyabr — Sputnik. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenə deyib ki, o, tələbəlik illərində spirtli içki qəbul etdikdən sonra yaranmış halsızlıqdan xilas olmaq üçün "McDonald's"a gedirmiş. Bu barədə ABŞ-ın "The Hill" qəzeti Kulebanın sözlərinə istinadən xəbər verib. "Tələbəlik illərimdə spirtli içki qəbul etdikdən sonra yaranmış halsızlığı aradan qaldırmağım üçün mənim ən yaxşı yeməyim "McDonalds"dakı qidalar olub", - deyə nəşr Ukraynanın xarici işlər nazirinin sözlərini sitat gətirir. "The Hill" qəzeti qeyd edir ki, görüş çərşənbə günü axşam Blinkenin Kiyevə səfəri çərçivəsində baş tutub. Nəşrin yazdığına görə, Kiyevdəki "McDonald's" restoranında siyasətçilər "kollec günlərindən hekayələr mübadiləsi aparıblar və "fast food"ların çox güman ki, həkimlərin onlara verdikləri tövsiyələrə zidd olması fikri ilə razılaşıblar". ABŞ dövlət katibi Kulebanın spirtli içki qəbul etdikdən sonra halsızlıqla bağlı sözlərinə cavab olaraq Ukrayna xarici işlər nazirində bu halın "çox nadir hallarda" baş verdiyinə əmin olduğunu bildirib. "Bu mənim başıma heç vaxt gəlməyib", - deyə Blinken əlavə edib. Bu yaxınlarda Kuleba Blinkenlə birgə mətbuat konfransında Kiyevə uzaqmənzilli "ATACMS" raketləri və hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə etdiyini söyləyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/07/458395720_341:0:3072:2048_1920x0_80_0_0_8bf1e0f3c1a579a6eeb2b8e9fb76130a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, mcdonald's, "mcdonalds", entoni blinken, içki
ukrayna, mcdonald's, "mcdonalds", entoni blinken, içki
Kuleba spirtli içki qəbul etdikdən sonra halsızlığa görə "McDonald's"a gedirmiş
Nəşr yazıb ki, siyasətçilər Kiyevdəki "McDonald's" restoranında "kollec günlərindən hekayələr mübadiləsi aparıblar.
BAKI, 7 sentyabr — Sputnik. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenə deyib ki, o, tələbəlik illərində spirtli içki qəbul etdikdən sonra yaranmış halsızlıqdan xilas olmaq üçün "McDonald's"a gedirmiş.
Bu barədə ABŞ-ın "The Hill" qəzeti Kulebanın sözlərinə istinadən xəbər verib.
"Tələbəlik illərimdə spirtli içki qəbul etdikdən sonra yaranmış halsızlığı aradan qaldırmağım üçün mənim ən yaxşı yeməyim "McDonalds"dakı qidalar olub", - deyə nəşr Ukraynanın xarici işlər nazirinin sözlərini sitat gətirir.
"The Hill" qəzeti qeyd edir ki, görüş çərşənbə günü axşam Blinkenin Kiyevə səfəri çərçivəsində baş tutub. Nəşrin yazdığına görə, Kiyevdəki "McDonald's" restoranında siyasətçilər "kollec günlərindən hekayələr mübadiləsi aparıblar və "fast food"ların çox güman ki, həkimlərin onlara verdikləri tövsiyələrə zidd olması fikri ilə razılaşıblar".
ABŞ dövlət katibi Kulebanın spirtli içki qəbul etdikdən sonra halsızlıqla bağlı sözlərinə cavab olaraq Ukrayna xarici işlər nazirində bu halın "çox nadir hallarda" baş verdiyinə əmin olduğunu bildirib.
"Bu mənim başıma heç vaxt gəlməyib", - deyə Blinken əlavə edib.
Bu yaxınlarda Kuleba Blinkenlə birgə mətbuat konfransında Kiyevə uzaqmənzilli "ATACMS" raketləri və hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə etdiyini söyləyib.