Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Güclü leysan və dolu bəzi bölgələrdə ciddi fəsadlar törədib

© Sputnik / Shahperi AbbasovaDolu
Dolu  - Sputnik Azərbaycan, 1920, 07.09.2023
Abunə olmaq
Dünən gecə saatlarında güclü külək və leysan yağışı yol infrastrukturuna və şəxsi təsərüffatlara ciddi ziyan vurub
BAKI, 7 sentyabr — Sputnik. Güclü yağış nəticəsində yaranmış sel suları Quba-İspik-Xınalıq avtomobil yolunun bəzi hissələrini (əsasən yolun 22-57-ci kilometrliyində ) yararsız hala salıb, yol infrastrukturuna və yol qurğularına ciddi ziyan vurub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, bundan başqa, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb. Məlumatda bildirilib ki, dərhal avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Qeyd olunub ki, təxirəsalınmaz tədbirlər nəticəsində yolboyu təhlükəsiz və fasiləsiz hərəkət bərpa olunub. Hazırda sözügedən ərazidə işlər davam etdirilir və yol nəzarətdə saxlanılır.
Bundan başqa, dünən gecə saatlarında güclü külək və leysan yağışı nəticəsində İsmayıllı-Lahıc yolu bir müddət bağlı qalıb. Qəbələ-İsmayıllı-Bakı magistral yolunun Xanagah kəndindən keçən hissəsində 10 ədəd ağac kökündən aşaraq yolun bir tərəfinin bağlanmasına səbəb olub.
5 saylı Xüsüsi Təyinatlı Yol İstismar İdarəsinin texnikaları vasitəsi ilə həmin yolda hərəkətin bərpası istiqamətində işlər aparılır.
Qəbələdə isə güclü leysan yağışları ilə yanaşı dolu yağıb. Şiddətli dolu Qəbələnin Vəndam qəsəbəsində, eləcə də Zarağan kəndində qeydə alınıb.
Dolu nəticəsində şəxsi təsərrüfatlara və yaşıllığa ziyan dəyib.
Xəbər lenti
0