https://sputnik.az/20230907/emirbeyov-qarabagdaki-humanitar-veziyyetin-yegane-gunahkari-separatci-rejimdir-458405868.html
Əmirbəyov: Qarabağdakı "humanitar vəziyyət"in yeganə günahkarı separatçı rejimdir
Əmirbəyov: Qarabağdakı "humanitar vəziyyət"in yeganə günahkarı separatçı rejimdir
Sputnik Azərbaycan
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov DW-yə müsahibə verib. 07.09.2023, Sputnik Azərbaycan
2023-09-07T21:30+0400
2023-09-07T21:30+0400
2023-09-07T21:30+0400
azərbaycan xəbərləri
səfir elçin əmirbəyov
elçin əmirbəyov
https://cdnn1.img.sputnik.az/img/07e7/04/16/454054387_0:0:850:478_1920x0_80_0_0_bcafdae60164e1b7ec94234c363d2526.jpg
BAKI, 7 sentyabr - Sputnik. “Qarabağda bugünkü "humanitar vəziyyət"in yeganə günahkarı erməni separatçı rejimidir”."Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov DW-yə müsahibəsində deyib.“Ermənistanın indi bütün dünyada başlatdığı kampaniya Azərbaycanı ləkələmək və bizi bütün mümkün günahlarda ittiham etmək, eləcə də humanitar çətinliklərlə bağlı manipulyasiya etmək üçün taktiki addımdır. Bu kampaniya ilə o yerlərdə status-kvonu gücləndirməyə, sülh prosesində iştirakı imitasiya etməyə və irəliləyişin olmamasına görə bütün günahı Azərbaycanın üzərinə atmağa çalışır. Eyni zamanda Azərbaycan sülh prosesində irəliləmək üçün xoş niyyətini və səmimi istəyini dəfələrlə sübut edib. Çünki Ermənistana sülh sazişi layihəsi, kommunikasiyaların bərpası və dövlət sərhədinin delimitasiyası ilə bağlı müzakirələr aparmağı biz təklif etmişik. "Humanitar böhran"ın yeganə məsuliyyəti Azərbaycanın suverən ərazisində olan separatçıların üzərinə düşür”, - o qeyd edib.E.Əmirbəyov əlavə edib ki, Laçın yolu ilə hər gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərinin, təcili yardım maşınlarının, Qarabağın erməni sakinlərinin və bütün lazımi ərzaqları daşıyan digər nəqliyyat vasitələrinin gediş-gəlişinin təşkil edildiyi bir vaxtda Qarabağın “blokada”da olduğunu söyləmək olmaz: "Bundan başqa, Ermənistan və separatçılar vəziyyəti siyasiləşdirərək beynəlxalq ictimaiyyətin diqqətini dalana dirədikləri əsas sülh prosesindən yayındırmaq istəyirlər. Belə ki, onların Ağdam-Xankəndi yolu ilə ərzaq tədarükündən imtina etməsi vəziyyətin humanitar yox, siyasi xarakter daşıdığının sübutudur. Əgər əhalinin humanitar yardıma ehtiyacı olarsa, lakin onlar həyati əhəmiyyətli qərarlardan imtina edirlərsə, o zaman heç kəsə bunun humanitar böhran olduğunu sübut edə bilməz".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/16/454054387_175:0:818:483_1920x0_80_0_0_f8ade4fe08abf6ad5465d8a52569906f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səfir elçin əmirbəyov, elçin əmirbəyov
səfir elçin əmirbəyov, elçin əmirbəyov
Əmirbəyov: Qarabağdakı "humanitar vəziyyət"in yeganə günahkarı separatçı rejimdir
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov DW-yə müsahibə verib.
BAKI, 7 sentyabr - Sputnik. “Qarabağda bugünkü "humanitar vəziyyət"in yeganə günahkarı erməni separatçı rejimidir”.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov DW-yə müsahibəsində deyib.
“Ermənistanın indi bütün dünyada başlatdığı kampaniya Azərbaycanı ləkələmək və bizi bütün mümkün günahlarda ittiham etmək, eləcə də humanitar çətinliklərlə bağlı manipulyasiya etmək üçün taktiki addımdır. Bu kampaniya ilə o yerlərdə status-kvonu gücləndirməyə, sülh prosesində iştirakı imitasiya etməyə və irəliləyişin olmamasına görə bütün günahı Azərbaycanın üzərinə atmağa çalışır. Eyni zamanda Azərbaycan sülh prosesində irəliləmək üçün xoş niyyətini və səmimi istəyini dəfələrlə sübut edib. Çünki Ermənistana sülh sazişi layihəsi, kommunikasiyaların bərpası və dövlət sərhədinin delimitasiyası ilə bağlı müzakirələr aparmağı biz təklif etmişik. "Humanitar böhran"ın yeganə məsuliyyəti Azərbaycanın suverən ərazisində olan separatçıların üzərinə düşür”, - o qeyd edib.
E.Əmirbəyov əlavə edib ki, Laçın yolu ilə hər gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərinin, təcili yardım maşınlarının, Qarabağın erməni sakinlərinin və bütün lazımi ərzaqları daşıyan digər nəqliyyat vasitələrinin gediş-gəlişinin təşkil edildiyi bir vaxtda Qarabağın “blokada”da olduğunu söyləmək olmaz:
"Bundan başqa, Ermənistan və separatçılar vəziyyəti siyasiləşdirərək beynəlxalq ictimaiyyətin diqqətini dalana dirədikləri əsas sülh prosesindən yayındırmaq istəyirlər. Belə ki, onların Ağdam-Xankəndi yolu ilə ərzaq tədarükündən imtina etməsi vəziyyətin humanitar yox, siyasi xarakter daşıdığının sübutudur. Əgər əhalinin humanitar yardıma ehtiyacı olarsa, lakin onlar həyati əhəmiyyətli qərarlardan imtina edirlərsə, o zaman heç kəsə bunun humanitar böhran olduğunu sübut edə bilməz".