https://sputnik.az/20230907/azerbaycanlilarin-turkiyede-ev-alisi-niye-azalir-458310896.html
Azərbaycanlıların Türkiyədə ev alışı niyə azalır?
Azərbaycanlıların Türkiyədə ev alışı niyə azalır?
Sputnik Azərbaycan
Cari ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 493 mənzil alıblar ki, bu da illik müqayisədə 35 faiz azdır. 07.09.2023, Sputnik Azərbaycan
2023-09-07T10:01+0400
2023-09-07T10:01+0400
2023-09-07T10:01+0400
türkiyə
iqtisadiyyat
azərbaycanlı
azərbaycanlılar
ev
mənzil
pandemiya
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427993254_0:108:2997:1794_1920x0_80_0_0_46e7394080d1393931f98c7f85052e47.jpg
BAKI, 7 sentyabr — Sputnik. Bu il Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışları azalıb. Türkiyənin Statistika İdarəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 493 mənzil alıblar ki, bu da illik müqayisədə 35 faiz azdır. Azalmanın səbəbləri nədir? Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a deyib ki, 2022-ci ildə xarici vətəndaşlara daşınmaz əmlak satan ölkələr arasında Türkiyə rekord yer tutub:"Lakin Türkiyədə bu ilin fevral ayında baş verən zəlzələdən sonra bu ölkədən daşınmaz əmlak almaq istəyən xarici vətəndaşların sayında ciddi azalma müşahidə olunub. O baxımdan bu il Türkiyədə xarici vətəndaşlara ötən illərə nisbətən daha az mənzil satılıb". Zəlzələ narahatlıq yaradıb Onun sözlərinə görə, bu il ərzində Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışları azalmağa davam edəcək: "Fevralda baş verən zəlzələdən sonra insanlarda narahatlıq yaranıb ki, binalarda keyfiyyət aşağı ola, tikililər dağıla bilər. Bu narahatlıq səbəbindən Türkiyədən mənzil alışları azalıb". Mənzillər bahalaşıb "Azalmanın digər səbəbi Türkiyədə mənzillərin qiymətinin kəskin qalxmasıdır. Bahalaşma səbəbindən mənzil alanların sayında azalma müşahidə olunur" - deyə ekspert qeyd edib. "Vətəndaşlarımız indi daha çox Azərbaycana yatırım etməyə çalışırlar" O bildirib ki, pandemiyaya qədər Azərbaycan vətəndaşları daha çox Türkiyə və digər ölkələrdən əmlaklar alırdılar: "Lakin pandemiyaya görə sərhədlərin bağlı olması Türkiyə və digər ölkələrdə mənzili olan azərbaycanlılarda narahatlıq yaratdı. Çünki sərhədlərin bağlı qalmasına görə onlar üçün həmin mənzillər əlçatan deyil. O baxımdan vətəndaşlarımız indi daha çox Azərbaycana yatırım etməyə çalışırlar". Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının məlumatına görə, bu ilin iyun ayında əvvəlki aya nisbətən mənzillərin qiyməti 4,8 faiz, keçən ilin iyun ayına nisbətən isə 96 faiz bahalaşıb. Ekspertlərin fikrincə, sentyabr-oktyabr aylarından sonra Türkiyədə mənzillərin qiymətləri və icarə haqları daha da artacaq. Dollar bahalaşmaqda davam etdikcə, mənzillər də bir o qədər bahalaşacaq. Keçən ay Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini kəskin şəkildə qaldırıb. Türkiyə Mərkəzi Bankının məlumatına əsasən, inflyasiya ilə bağlı göstəricilər yaxından izləniləcək və qiymət sabitliyi kimi əsas məqsədə uyğun olaraq bütün alətlərdən qətiyyətlə istifadə ediləcək. Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərindən öncə yüksək inflyasiyaya baxmayaraq faiz dərəcələri aşağı səviyyədə saxlanılıb, lirənin daha da ucuzlaşmasının qarşısını almaq üçün Türkiyə Mərkəzi Bankının ehtiyatlarından istifadə edilib. Seçkidən sonra Maliyyə naziri və Mərkəzi Bankın sədri dəyişdirilib, faizin artırılmasına qərar verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427993254_237:0:2968:2048_1920x0_80_0_0_c975f91f71e8e3844809fafb2c2eb5aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
türkiyə, azərbaycanlı, azərbaycanlılar, ev, mənzil, pandemiya
türkiyə, azərbaycanlı, azərbaycanlılar, ev, mənzil, pandemiya
Azərbaycanlıların Türkiyədə ev alışı niyə azalır?
Cari ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 493 mənzil alıblar ki, bu da illik müqayisədə 35 faiz azdır.
BAKI, 7 sentyabr — Sputnik. Bu il Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışları azalıb.
Türkiyənin Statistika İdarəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 493 mənzil alıblar ki, bu da illik müqayisədə 35 faiz azdır.
Azalmanın səbəbləri nədir?
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a deyib ki, 2022-ci ildə xarici vətəndaşlara daşınmaz əmlak satan ölkələr arasında Türkiyə rekord yer tutub:
"Lakin Türkiyədə bu ilin fevral ayında baş verən zəlzələdən sonra bu ölkədən daşınmaz əmlak almaq istəyən xarici vətəndaşların sayında ciddi azalma müşahidə olunub. O baxımdan bu il Türkiyədə xarici vətəndaşlara ötən illərə nisbətən daha az mənzil satılıb".
Zəlzələ narahatlıq yaradıb
Onun sözlərinə görə, bu il ərzində Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışları azalmağa davam edəcək: "Fevralda baş verən zəlzələdən sonra insanlarda narahatlıq yaranıb ki, binalarda keyfiyyət aşağı ola, tikililər dağıla bilər. Bu narahatlıq səbəbindən Türkiyədən mənzil alışları azalıb".
"Azalmanın digər səbəbi Türkiyədə mənzillərin qiymətinin kəskin qalxmasıdır. Bahalaşma səbəbindən mənzil alanların sayında azalma müşahidə olunur" - deyə ekspert qeyd edib.
"Vətəndaşlarımız indi daha çox Azərbaycana yatırım etməyə çalışırlar"
O bildirib ki, pandemiyaya qədər Azərbaycan vətəndaşları daha çox Türkiyə və digər ölkələrdən əmlaklar alırdılar: "Lakin pandemiyaya görə sərhədlərin bağlı olması Türkiyə və digər ölkələrdə mənzili olan azərbaycanlılarda narahatlıq yaratdı. Çünki sərhədlərin bağlı qalmasına görə onlar üçün həmin mənzillər əlçatan deyil. O baxımdan vətəndaşlarımız indi daha çox Azərbaycana yatırım etməyə çalışırlar".
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının məlumatına görə, bu ilin iyun ayında əvvəlki aya nisbətən mənzillərin qiyməti 4,8 faiz, keçən ilin iyun ayına nisbətən isə 96 faiz bahalaşıb.
Ekspertlərin fikrincə, sentyabr-oktyabr aylarından sonra Türkiyədə mənzillərin qiymətləri və icarə haqları daha da artacaq. Dollar bahalaşmaqda davam etdikcə, mənzillər də bir o qədər bahalaşacaq.
Keçən ay Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini kəskin şəkildə qaldırıb. Türkiyə Mərkəzi Bankının məlumatına əsasən, inflyasiya ilə bağlı göstəricilər yaxından izləniləcək və qiymət sabitliyi kimi əsas məqsədə uyğun olaraq bütün alətlərdən qətiyyətlə istifadə ediləcək.
Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərindən öncə yüksək inflyasiyaya baxmayaraq faiz dərəcələri aşağı səviyyədə saxlanılıb, lirənin daha da ucuzlaşmasının qarşısını almaq üçün Türkiyə Mərkəzi Bankının ehtiyatlarından istifadə edilib. Seçkidən sonra Maliyyə naziri və Mərkəzi Bankın sədri dəyişdirilib, faizin artırılmasına qərar verilib.