https://sputnik.az/20230907/artan-neft-qiymetleri-a-nin-inflyasiya-ile-mubarizesine-mane-ola-biler-458391806.html
Artan neft qiymətləri Aİ-nin inflyasiya ilə mübarizəsinə mane ola bilər
Artan neft qiymətləri Aİ-nin inflyasiya ilə mübarizəsinə mane ola bilər
Sputnik Azərbaycan
Hasilatın sutkada 1,3 milyon barel azaldılması qərarı Brent markalı neftin fyuçerslərinin qiymətinin artmasına səbəb olub. 07.09.2023, Sputnik Azərbaycan
2023-09-07T14:13+0400
2023-09-07T14:13+0400
2023-09-07T14:14+0400
neft
neft-qaz
ai
g7
rusiya
qərb
səudiyyə ərəbistanı
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427283690_0:0:3072:1728_1920x0_80_0_0_95f74ee9fb6eb0f4bd991a9f3458d67b.jpg
BAKI, 7 sentyabr — Sputnik. Rusiya və Səudiyyə Ərəbistanının hasilatı azaltması neft qiymətlərini artırıb və analitiklərin fikrincə, bu, Qərbin yüksək inflyasiyanı cilovlamaq planlarını poza bilər. "Business Insider" bu barədə yazıb. Qəzetin qeyd etdiyi kimi, hasilatın sutkada 1,3 milyon barel azaldılması qərarı Brent markalı neftin fyuçerslərinin qiymətinin artmasına səbəb olub. Nəticədə, qiymət maksimum 90 dolları keçib. "Bu cür hərəkətlər qlobal neft bazarında əhəmiyyətli qıtlıq yaradır və yalnız bütün dünyada neft qiymətlərinin artmasına səbəb ola bilər", - deyə "Rystad Energy" analitik şirkətinin baş vitse-prezidenti Xorxe Leon bildirib. Onun sözlərinə görə, belə bir tendensiya inflyasiyanın qarşısını almaq üçün xüsusilə ABŞ-da fiskal sərtləşdirmə ehtimalını artıracaq. Bundan əvvəl bildirilmişdi ki, "Böyük Yeddilik" (G7) ölkələri yaxın gələcəkdə Rusiya neftinin qiymət tavanının dəyişdirilməsi imkanını nəzərdən keçirmirlər. Xatırladaq ki, 2022-ci il dekabrın 5-də G7 ölkələri dəniz yolu ilə daşınan Rusiya yanacağının bir bareli üçün 60 dollar qiymət həddini tətbiq ediblər. Daha bahalı neftin satışına isə qadağa qoyulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/16/427283690_341:0:3072:2048_1920x0_80_0_0_306cde97a80a16e73240ebe8c2a0a748.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
neft, ai, g7, rusiya, qərb, səudiyyə ərəbistanı
neft, ai, g7, rusiya, qərb, səudiyyə ərəbistanı
Artan neft qiymətləri Aİ-nin inflyasiya ilə mübarizəsinə mane ola bilər
14:13 07.09.2023 (Yenilənib: 14:14 07.09.2023) Hasilatın sutkada 1,3 milyon barel azaldılması qərarı Brent markalı neftin fyuçerslərinin qiymətinin artmasına səbəb olub.
BAKI, 7 sentyabr — Sputnik. Rusiya və Səudiyyə Ərəbistanının hasilatı azaltması neft qiymətlərini artırıb və analitiklərin fikrincə, bu, Qərbin yüksək inflyasiyanı cilovlamaq planlarını poza bilər.
"Business Insider" bu barədə yazıb.
Qəzetin qeyd etdiyi kimi, hasilatın sutkada 1,3 milyon barel azaldılması qərarı Brent markalı neftin fyuçerslərinin qiymətinin artmasına səbəb olub. Nəticədə, qiymət maksimum 90 dolları keçib.
"Bu cür hərəkətlər qlobal neft bazarında əhəmiyyətli qıtlıq yaradır və yalnız bütün dünyada neft qiymətlərinin artmasına səbəb ola bilər", - deyə "Rystad Energy" analitik şirkətinin baş vitse-prezidenti Xorxe Leon bildirib.
Onun sözlərinə görə, belə bir tendensiya inflyasiyanın qarşısını almaq üçün xüsusilə ABŞ-da fiskal sərtləşdirmə ehtimalını artıracaq.
Bundan əvvəl bildirilmişdi ki, "Böyük Yeddilik" (G7) ölkələri yaxın gələcəkdə Rusiya neftinin qiymət tavanının dəyişdirilməsi imkanını nəzərdən keçirmirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 5-də G7 ölkələri dəniz yolu ilə daşınan Rusiya yanacağının bir bareli üçün 60 dollar qiymət həddini tətbiq ediblər. Daha bahalı neftin satışına isə qadağa qoyulub.