https://sputnik.az/20230906/xezer-rayonunda-narkotik-bumu---vdeo-458369085.html
Xəzər rayonunda narkotik bumu - VİDEO
Xəzər rayonunda narkotik bumu - VİDEO
Sputnik Azərbaycan
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları 61 nəfəri saxlayıb. Onlar barədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. 06.09.2023, Sputnik Azərbaycan
2023-09-06T23:14+0400
2023-09-06T23:14+0400
2023-09-06T23:14+0400
xəzər
cəmiyyət
narkotik
narkotik maddə
narkotik vasitələr
https://cdnn1.img.sputnik.az/img/07e5/03/16/426526471_0:161:3068:1887_1920x0_80_0_0_b541ab5dbf289c823f95d22296201679.jpg
BAKI, 6 sentyabr — Sputnik. Xəzər rayonunda polisin keçirdiyi əməliyyatlar zamanı 8 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 61 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı həyata keçirdikləri əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Ceyhun Hüseynov və 1979-cu il təvəllüdlü Zakir Əhmədov saxlanılıblar. Onlardan 4 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. İdarə əməkdaşlarının avqust ayında həyata keçirdikləri digər əməliyyatlar zamanı isə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55, satışının təşkil edilməsi ilə bağlı 9 fakt aşkar edilib. Qeyd edilən hallarla bağlı 61 nəfər saxlanılaraq barələrində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin şəxslərdən 8 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/16/426526471_170:0:2899:2047_1920x0_80_0_0_992d60b6fa77e40e57992b95492c67f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəzər, narkotik, narkotik maddə, narkotik vasitələr
xəzər, narkotik, narkotik maddə, narkotik vasitələr
Xəzər rayonunda narkotik bumu - VİDEO
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları 61 nəfəri saxlayıb. Onlar barədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
BAKI, 6 sentyabr — Sputnik. Xəzər rayonunda polisin keçirdiyi əməliyyatlar zamanı 8 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 61 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı həyata keçirdikləri əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Ceyhun Hüseynov və 1979-cu il təvəllüdlü Zakir Əhmədov saxlanılıblar.
Onlardan 4 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. İdarə əməkdaşlarının avqust ayında həyata keçirdikləri digər əməliyyatlar zamanı isə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55, satışının təşkil edilməsi ilə bağlı 9 fakt aşkar edilib.
Qeyd edilən hallarla bağlı 61 nəfər saxlanılaraq barələrində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin şəxslərdən 8 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.