DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pakistan-Əfqanıstan sərhədində ölümcül silahlı toqquşma: Əsas keçid məntəqəsi bağlandı

© AFP 2023 / AAMIR QURESHIPakistan sərhədçisi Əfqanıstanla sərhəddə
Pakistan sərhədçisi Əfqanıstanla sərhəddə - Sputnik Azərbaycan, 1920, 06.09.2023
Abunə olmaq
Sentyabrın 6-da Pakistan sərhəd qoşunlarının hərbçiləri ilə Əfqanıstan hərbçiləri arasında Torxamda silahlı toqquşma olub.
BAKI, 6 sentyabr — Sputnik. Əfqanıstan-Pakistan sərhədində baş verən atışma nəticəsində “Taliban”ın azı 4 tərəfdarı ölüb, daha 10 nəfər yaralanıb.
Bu barədə "Aamaj News" agentliyi məlumat yayıb.
Məlumata görə, atışma Torxam keçid məntəqəsi ərazisində qeydə alınıb.
Qeyd edək ki, Torxam keçid məntəqəsi Pakistanla Əfqanıstan arasında üç əsas ticarət və tranzit yolundan biridir. Pakistan da bu nöqtədən Mərkəzi Asiyaya ticarət mallarını göndərmək üçün istifadə edir.
***
Pakistan hakimiyyəti Əfqanıstanla sərhəddə dənizə çıxışı olmayan əsas keçid məntəqəsini bağlayıb.
Bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, buna səbəb kimi sentyabrın 6-da iki ölkə arasındakı sərhəddə baş verən atışma nəticəsində yaranmış gərginlik göstərilib.
Pakistanın Xeybər-Paxtunxva əyalətinin Torxam şəhərindəki yerli hakimiyyətin rəsmi nümayəndəsi Nəsrullah Xan bildirib ki, sərhəddəki atışmanın səbəbi və hadisə nəticəsində itkilərin sayı hələ məlum deyil. Onun sözlərinə görə, Pakistan hökuməti və hərbi məmurları gərginliyi azaltmaq üçün Əfqanıstandakı həmkarları ilə daim təmasdadırlar.
Qeyd edək ki, sentyabrın 6-da Pakistan sərhəd qoşunlarının hərbçiləri ilə Əfqanıstan hərbçiləri arasında Torxamda silahlı toqquşma olub.
Torxam keçid məntəqəsi Pakistan və Əfqanıstan arasında üç əsas ticarət, tranzit marşrutundan biridir. Rəsmi İslamabad kommersiya mallarını Mərkəzi Asiyaya göndərmək üçün də bu keçid məntəqəsindən istifadə edir.
Xəbər lenti
0