Hikmət Hacıyev: "New York Times” alternativ baxışlara bürokratik maneələr qoyur"
10:18 06.09.2023 (Yenilənib: 10:38 06.09.2023)
© Sputnik / Mihail Voskresenskiy
/ Abunə olmaq
Prezidentin köməkçisi qeyd edib ki, sözügedən məqalələrin hamısını, o cümlədən "New York Times"ı yoxlayanda belə təəssürat yaranır ki, onların hamısı eyni hökumət studiyasında və ya erməni lobbisi və hökuməti tərəfindən maliyyələşdirilən PR şirkətində yazılıb.
BAKI, 6 sentyabr — Sputnik. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "New York Times"a (NYT) açıq məktub ünvanlayıb.
Bu barədə o, rəsmi "X" hesabında paylaşım edib.
O, NYT-nin bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, alternativ baxışlara təhlükəsizlik divarları və bürokratik maneələr qoymasına təəssüfləndiyini bildirib.
"Bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, mən təəssüflənirəm ki, NYT alternativ baxışlara təhlükəsizlik divarı və bürokratik maneələr qoyur. "X" mənim ölkəmə qarşı sovet üslubunda təbliğat aparan bəzi qərb media orqanlarının informasiya monopoliyasına qarşı daha güclü alternativ, azad və açıq platforma təqdim edir. Bu məqalələrin hamısını, o cümlədən NYT-ni yoxlayanda belə təəssürat yaranır ki, onların hamısı eyni hökumət studiyasında və ya erməni lobbisi və hökuməti tərəfindən maliyyələşdirilən PR şirkətində yazılıb", - paylaşımda qeyd olunub.
My Open Letter to @nytimesworld @nytimes
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 6, 2023
Instead of being a fair platform for all voices, I do regret that NYT is putting firewalls and bureaucratic barriers to alternative views.
X [former Twitter] provides alternative even more powerful free and open platform against the… pic.twitter.com/t0iGd0yuV5
Xatırladaq ki, bundan öncə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin Ermənistan hökumətindən pul almasını ifşa edib, həmçinin BBC-ni qərəzli olmaqda suçlayıb.