https://sputnik.az/20230906/haymoritin-insan-ucun-hansi-tehlukeleri-var-hekim-detallari-aciqladi-458324648.html
Haymoritin insan üçün hansı təhlükələri var? Həkim detalları açıqladı
Haymoritin insan üçün hansı təhlükələri var? Həkim detalları açıqladı
Sputnik Azərbaycan
Həkim bildirib ki, tez-tez haymoritdən əziyyət çəkən xəstələrə anatomik xüsusiyyətləri olan üst çənə sinusundan çıxış yolunun pozulması halında cərrahi... 06.09.2023, Sputnik Azərbaycan
2023-09-06T23:53+0400
2023-09-06T23:53+0400
2023-09-06T23:53+0400
həkim
səhiyyə
xəstəlik
haymorit
https://cdnn1.img.sputnik.az/img/42432/46/424324636_0:4:2000:1129_1920x0_80_0_0_bdd84ceedadc29fba9a5a2ae80079a13.jpg
BAKI, 6 sentyabr — Sputnik. Burun boşluğu iltihabı olan haymorit xəstəliyi meningit, osteomiyelit, həmçinin üzün səthi sinirlərinin iltihabı şəklində fəsadlara səbəb ola bilir. Bunu terapevt Anastasiya Timoşenko “NEWS.ru”ya müsahibəsində qeyd edib. Timoşenko bildirib ki, haymorit mühafizəkar üsulla, antibiotiklərlə və bəzi preparatlarla müalicə olunur. Bundan əlavə, bu xəstəlik sinusların yuyulması və punksiya (irinin iynə ilə çəkilməsi-red.) ilə də müalicə edilə bilər. "Haymorit mühafizəkar şəkildə - antibiotiklər və bəzi preparatlarla, həmçinin sinusların yuyulması və ya punksiya ilə müalicə olunur", - deyə terapevt bildirib. Həkim həmçinin bildirib ki, tez-tez haymoritdən əziyyət çəkən xəstələrə anatomik xüsusiyyətləri olan üst çənə sinusundan çıxış yolunun pozulması halında cərrahi əməliyyat təklif olunur. Bu yaxınlarda nevroloq, neyrofizioloq Natalya Konşina burun axıntısı olmadan burun çəkmənin uşaqlarda ciddi problemin əlaməti olduğu barədə xəbərdarlıq edib. Onun fikrincə, bu hal tik xəstəliyinin inkişafından xəbər verir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42432/46/424324636_220:0:2000:1335_1920x0_80_0_0_81e0cae40b0232eafbbea52d7164b104.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həkim, xəstəlik, haymorit
həkim, xəstəlik, haymorit
Haymoritin insan üçün hansı təhlükələri var? Həkim detalları açıqladı
Həkim bildirib ki, tez-tez haymoritdən əziyyət çəkən xəstələrə anatomik xüsusiyyətləri olan üst çənə sinusundan çıxış yolunun pozulması halında cərrahi əməliyyat təklif olunur.
BAKI, 6 sentyabr — Sputnik. Burun boşluğu iltihabı olan haymorit xəstəliyi meningit, osteomiyelit, həmçinin üzün səthi sinirlərinin iltihabı şəklində fəsadlara səbəb ola bilir.
Bunu terapevt Anastasiya Timoşenko “NEWS.ru”ya müsahibəsində qeyd edib.
Timoşenko bildirib ki, haymorit mühafizəkar üsulla, antibiotiklərlə və bəzi preparatlarla müalicə olunur. Bundan əlavə, bu xəstəlik sinusların yuyulması və punksiya (irinin iynə ilə çəkilməsi-red.) ilə də müalicə edilə bilər.
"Haymorit mühafizəkar şəkildə - antibiotiklər və bəzi preparatlarla, həmçinin sinusların yuyulması və ya punksiya ilə müalicə olunur", - deyə terapevt bildirib.
Həkim həmçinin bildirib ki, tez-tez haymoritdən əziyyət çəkən xəstələrə anatomik xüsusiyyətləri olan üst çənə sinusundan çıxış yolunun pozulması halında cərrahi əməliyyat təklif olunur.
Bu yaxınlarda nevroloq, neyrofizioloq Natalya Konşina burun axıntısı olmadan burun çəkmənin uşaqlarda ciddi problemin əlaməti olduğu barədə xəbərdarlıq edib. Onun fikrincə, bu hal tik xəstəliyinin inkişafından xəbər verir.