https://sputnik.az/20230906/ceyhun-bayramov-xorvatiyaya-sefer-edib-458341635.html
Ceyhun Bayramov Xorvatiyada kimlərlə görüşüb və nədən danışıb?
Ceyhun Bayramov Xorvatiyada kimlərlə görüşüb və nədən danışıb?
Sputnik Azərbaycan
Mədəniyyət, təhsil, elm və texnologiyalar, minasızlaşlaşdırma, alternativ enerji, əczaçılıq kimi sahələrin Azərbaycan-Xorvatiya tərəfdaşlığını daha da... 06.09.2023, Sputnik Azərbaycan
2023-09-06T16:17+0400
2023-09-06T16:17+0400
2023-09-06T16:06+0400
siyasət
ceyhun bayramov
xorvatiya
https://cdnn1.img.sputnik.az/img/07e7/08/07/457492067_0:160:3072:1888_1920x0_80_0_0_49ba8f1ebd8db3c95e69908670e4743a.jpg
BAKI, 6 sentyabr — Sputnik. 6 sentyabr 2023-cü il tarixində nazir Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviç ilə görüşüb. Xarici İşlər Nazirliyi məlumat yayıb ki, görüş zamanı Azərbaycan-Xorvatiya əməkdaşlıq əlaqələri və eləcə də, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq səviyyəsindəki əlaqələrdən məmnunluq ifadə olunub, ikitərəfli siyasi dialoqun və qarşılıqlı yüksək səviyyəli səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında iqtisadi-ticarət və humanitar sahələr üzrə əməkdaşlıq razılıqla qeyd olunub, mədəniyyət, təhsil, elm və texnologiyalar, minasızlaşlaşdırma, altetnativ enerji, əczaçılıq kimi sahələrin Azərbaycan-Xorvatiya tərəfdaşlığını daha da gücləndirəcəyi vurğulanıb. Görüşdə həmçinin, regionda post-münaqişə reallıqları, Azərbaycan-Ermənistan sülh prosesi barədə müqabil tərəfə məlumat verilib. Bu xüsusda, Azərbaycan tərəfinin irəli sürdüyü sülh gündəliyinə və sərgilədiyi müvafiq konstruktiv təkliflərə rəğmən, Ermənistanın nümayiş etdirdiyi ziddiyyətli və təxribatçı mövqe və fəaliyyətlərdən bəhs olunub. Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasının birmənalı olaraq, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmalı olduğu diqqətə çatdırılıb. Bundan başqa, 6 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə də görüşüb. Nazir Ceyhun Bayramov və nazir Qordan Qrliç Radman arasında təkbətək, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib. Görüşdə bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Xorvatiya münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin, ikitərəfli görüşlərin, davamlı siyasi dialoqun, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin, beynəlxalq təşkilatlar çərçivəsində sıx təmasların strateji tərəfdaşlığın daha da dərinləşdirilməsində mühüm rolu vurğulanıb.Tərəflər, Azərbaycan və Xorvatiya arasında ikitərəfli və beynəlxalq əməkdaşlıq gündəliyi üzrə bir sıra məsələlər, eləcə də iqtisadi, enerji, kənd təsərrüfatı, humanitar, turizm, minasızlaşdırma fəaliyyəti və digər istiqamətlər üzrə əlaqələrin daha da inkişaf etdirilməsinin, əməkdaşlıq sahələrinin şaxələndirilməsinin təmin edilməsinin vacibliyi ətrafında fikir mübadiləsi aparıb. Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinin artdığı bir dövrdə Xorvatiyanın tranzit operatorları və logistika şirkətləri üçün Orta Dəhlizin üstünlüklərindən yararlanmaq üçün çoxsaylı əlverişli imkanların mövcudluğu vurğulanıb. Nazirlər görüş çərçivəsində regional məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıb. Nazir Ceyhun Bayramov münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət və reallıqlar, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb. Ölkəmizin təşəbbüslərinə baxmayaraq, Ermənistanın münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün lazımi siyasi iradə nümayiş etdirmədiyi, ziddiyyətli yanaşmasını davam etdirdiyi, əldə edilən razılaşmaların və öhdəliklərin icrasından davamlı şəkildə yayındığı, siyasi və hərbi təxribatlara əl atdığı, silahlı qüvvələrini hələ də ərazilərimizdən tam olaraq çıxarmadığını, bununla da öhdəliklərini kobud şəkildə pozduğu, bölgədə təhlükədizliyə təhdid yaratdığı bildirilib. Laçın-Xankəndi yolu ətrafında yayılan iddiaların heç bir əsasının olmadığı diqqətə çatdırılıb. Azərbycanın əraziyə yüklərin daşınması və yolların paralel olaraq istifadə olunması istiqamətində Azərbaycanın təkliflərinin rədd olunmasının "humanitar vəziyyət" barədə iddiaların siyasi manipulyasiya olduğunu sübut etdiyi diqqətə çatdırılıb. Görüşün ardınca xarici işlər nazirləri tərəfindən ADA Universiteti və Xorvatiya Respublikasının Xarici və Avropa işləri Nazirliyinin Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb. Daha sonra tərəflər görüşün nəticələrinə dair mətbuata bəyanatlarla çıxış ediblər.05.09.23, 17:29Ceyhun Bayramov Xorvatiyaya səfər edibAzərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfərə yola düşüb. XİN-dən verilən xəbərə görə, səfər çərçivəsində, nazir Ceyhun Bayramov ilə Xorvatiya xarici və Avropa işləri naziri Qordan Qrliç Radman və Xorvatiyanın digər yüksək vəzifəli rəsmi şəxsləri arasında görüşlərin keçirilməsi nəzərdə tutulur. Səfər zamanı, həmçinin nazir Ceyhun Bayramovun Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş dəyirmi masa müzakirələrində iştirak və çıxışı gözlənilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/07/457492067_172:0:2901:2047_1920x0_80_0_0_afe1d8f7c70f1dc2345edb0c867a851a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xorvatiya
ceyhun bayramov, xorvatiya
Ceyhun Bayramov Xorvatiyada kimlərlə görüşüb və nədən danışıb?
Mədəniyyət, təhsil, elm və texnologiyalar, minasızlaşlaşdırma, alternativ enerji, əczaçılıq kimi sahələrin Azərbaycan-Xorvatiya tərəfdaşlığını daha da gücləndirəcəyi vurğulanıb.
BAKI, 6 sentyabr — Sputnik. 6 sentyabr 2023-cü il tarixində nazir Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviç ilə görüşüb. Xarici İşlər Nazirliyi məlumat yayıb ki, görüş zamanı Azərbaycan-Xorvatiya əməkdaşlıq əlaqələri və eləcə də, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq səviyyəsindəki əlaqələrdən məmnunluq ifadə olunub, ikitərəfli siyasi dialoqun və qarşılıqlı yüksək səviyyəli səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Ölkələrimiz arasında iqtisadi-ticarət və humanitar sahələr üzrə əməkdaşlıq razılıqla qeyd olunub, mədəniyyət, təhsil, elm və texnologiyalar, minasızlaşlaşdırma, altetnativ enerji, əczaçılıq kimi sahələrin Azərbaycan-Xorvatiya tərəfdaşlığını daha da gücləndirəcəyi vurğulanıb.
Görüşdə həmçinin, regionda post-münaqişə reallıqları, Azərbaycan-Ermənistan sülh prosesi barədə müqabil tərəfə məlumat verilib. Bu xüsusda, Azərbaycan tərəfinin irəli sürdüyü sülh gündəliyinə və sərgilədiyi müvafiq konstruktiv təkliflərə rəğmən, Ermənistanın nümayiş etdirdiyi ziddiyyətli və təxribatçı mövqe və fəaliyyətlərdən bəhs olunub.
Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasının birmənalı olaraq, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmalı olduğu diqqətə çatdırılıb.
Bundan başqa, 6 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfəri çərçivəsində xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə də görüşüb. Nazir Ceyhun Bayramov və nazir Qordan Qrliç Radman arasında təkbətək, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilib.
Görüşdə bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Xorvatiya münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin, ikitərəfli görüşlərin, davamlı siyasi dialoqun, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin, beynəlxalq təşkilatlar çərçivəsində sıx təmasların strateji tərəfdaşlığın daha da dərinləşdirilməsində mühüm rolu vurğulanıb.
Tərəflər, Azərbaycan və Xorvatiya arasında ikitərəfli və beynəlxalq əməkdaşlıq gündəliyi üzrə bir sıra məsələlər, eləcə də iqtisadi, enerji, kənd təsərrüfatı, humanitar, turizm, minasızlaşdırma fəaliyyəti və digər istiqamətlər üzrə əlaqələrin daha da inkişaf etdirilməsinin, əməkdaşlıq sahələrinin şaxələndirilməsinin təmin edilməsinin vacibliyi ətrafında fikir mübadiləsi aparıb.
Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətinin artdığı bir dövrdə Xorvatiyanın tranzit operatorları və logistika şirkətləri üçün Orta Dəhlizin üstünlüklərindən yararlanmaq üçün çoxsaylı əlverişli imkanların mövcudluğu vurğulanıb. Nazirlər görüş çərçivəsində regional məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıb.
Nazir Ceyhun Bayramov münaqişədən sonrakı dövrdə regiondakı vəziyyət və reallıqlar, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi, mina təhlükəsi barədə qarşı tərəfi məlumatlandırıb. Ölkəmizin təşəbbüslərinə baxmayaraq, Ermənistanın münasibətlərin normallaşması istiqamətində real addımlar atmaq üçün lazımi siyasi iradə nümayiş etdirmədiyi, ziddiyyətli yanaşmasını davam etdirdiyi, əldə edilən razılaşmaların və öhdəliklərin icrasından davamlı şəkildə yayındığı, siyasi və hərbi təxribatlara əl atdığı, silahlı qüvvələrini hələ də ərazilərimizdən tam olaraq çıxarmadığını, bununla da öhdəliklərini kobud şəkildə pozduğu, bölgədə təhlükədizliyə təhdid yaratdığı bildirilib.
Laçın-Xankəndi yolu ətrafında yayılan iddiaların heç bir əsasının olmadığı diqqətə çatdırılıb. Azərbycanın əraziyə yüklərin daşınması və yolların paralel olaraq istifadə olunması istiqamətində Azərbaycanın təkliflərinin rədd olunmasının "humanitar vəziyyət" barədə iddiaların siyasi manipulyasiya olduğunu sübut etdiyi diqqətə çatdırılıb. Görüşün ardınca xarici işlər nazirləri tərəfindən ADA Universiteti və Xorvatiya Respublikasının Xarici və Avropa işləri Nazirliyinin Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb. Daha sonra tərəflər görüşün nəticələrinə dair mətbuata bəyanatlarla çıxış ediblər.
Ceyhun Bayramov Xorvatiyaya səfər edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfərə yola düşüb.
XİN-dən verilən xəbərə görə, səfər çərçivəsində, nazir Ceyhun Bayramov ilə Xorvatiya xarici və Avropa işləri naziri Qordan Qrliç Radman və Xorvatiyanın digər yüksək vəzifəli rəsmi şəxsləri arasında görüşlərin keçirilməsi nəzərdə tutulur.
Səfər zamanı, həmçinin nazir Ceyhun Bayramovun Cənubi Qafqazda təhlükəsizlik problemləri və Azərbaycan ilə Xorvatiya arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş dəyirmi masa müzakirələrində iştirak və çıxışı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.