https://sputnik.az/20230906/azerbaycanli-deputatlari-aspa-da-esl-imtahan-gozleyir-458353968.html
Azərbaycanlı deputatları AŞPA-da əsl imtahan gözləyir
Azərbaycanlı deputatları AŞPA-da əsl imtahan gözləyir
Sputnik Azərbaycan
İclaslarda üzv ölkələrlə bağlı dövri monitorinq hesabatları dinləniləcək, Avropa Şurasına üzvlük öhdəliklərinə əməl olunması, Avropa İnsan Hüquqları... 06.09.2023, Sputnik Azərbaycan
2023-09-06T16:26+0400
2023-09-06T16:26+0400
2023-09-06T16:29+0400
deputat
siyasət
aşpa
millət vəkili asim mollazadə
asim mollazadə
səməd seyidov
https://cdnn1.img.sputnik.az/img/41713/75/417137537_0:255:3077:1985_1920x0_80_0_0_e316b1a8de70341cd99daadd8b054115.jpg
BAKI, 6 sentyabr — Sputnik. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Erkin Qədirli və Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Monitorinq, Hüquqi məsələlər və insan hüquqları komitələrinin 7-15 sentyabr tarixlərində Fransanın Paris şəhərində keçiriləcək iclaslarında iştirak edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitə sədri Səməd Seyidov həmçinin AŞPA-nın Büro iclasına da qatılacaq. İclaslarda üzv ölkələrlə bağlı dövri monitorinq hesabatları dinləniləcək, Avropa Şurasına üzvlük öhdəliklərinə əməl olunması, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası müzakirə ediləcək, münaqişələrin qarşısının alınmasında, beynəlxalq institutlara etimadın bərpasında və qlobal sülhün təşviqində Avropa Şurasının rolu, Avropa qarşısında dayanan müasir çağırışlar və regional təhlükəsizlik kimi mövzular və bəzi təşkilati məsələlər nəzərdən keçiriləcək. Milli Məclisin deputatları komitələrdə müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcək, qeyd və təkliflərini səsləndirəcək, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Assambleyanın Siyasi işlər və demokratiya komitəsində "İfrat sağçı ideologiyanın Avropada demokratiya və insan hüquqlarına meydan oxuması" mövzusunda məruzə ilə çıxış edəcək.Xatırladaq ki, bir sıra Avropa ölkələri parlamentlərinin nümayəndələri son günlər Laçın dəhlizində baş verənlərlə bağlı Azərbaycanın cəzalandırılmasını tələb edirlər. Laçın dəhlizi ilə bağlı ermənilərin qaldırdığı hay-küyün AŞPA komitə və bürolarına da yansıyacağı gözlənilir. Bu baxımdan Azərbaycan nümayəndə heyətini AŞPA-da əsl imtahan gözləyir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41713/75/417137537_0:0:2731:2048_1920x0_80_0_0_2aeab38e45a6898bd207b72f8aaeba09.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
deputat, aşpa, millət vəkili asim mollazadə, asim mollazadə, səməd seyidov
deputat, aşpa, millət vəkili asim mollazadə, asim mollazadə, səməd seyidov
Azərbaycanlı deputatları AŞPA-da əsl imtahan gözləyir
16:26 06.09.2023 (Yenilənib: 16:29 06.09.2023) İclaslarda üzv ölkələrlə bağlı dövri monitorinq hesabatları dinləniləcək, Avropa Şurasına üzvlük öhdəliklərinə əməl olunması, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası müzakirə ediləcək.
BAKI, 6 sentyabr — Sputnik. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Erkin Qədirli və Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Monitorinq, Hüquqi məsələlər və insan hüquqları komitələrinin 7-15 sentyabr tarixlərində Fransanın Paris şəhərində keçiriləcək iclaslarında iştirak edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitə sədri Səməd Seyidov həmçinin AŞPA-nın Büro iclasına da qatılacaq.
İclaslarda üzv ölkələrlə bağlı dövri monitorinq hesabatları dinləniləcək, Avropa Şurasına üzvlük öhdəliklərinə əməl olunması, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası müzakirə ediləcək, münaqişələrin qarşısının alınmasında, beynəlxalq institutlara etimadın bərpasında və qlobal sülhün təşviqində Avropa Şurasının rolu, Avropa qarşısında dayanan müasir çağırışlar və regional təhlükəsizlik kimi mövzular və bəzi təşkilati məsələlər nəzərdən keçiriləcək.
Milli Məclisin deputatları komitələrdə müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcək, qeyd və təkliflərini səsləndirəcək, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Assambleyanın Siyasi işlər və demokratiya komitəsində "İfrat sağçı ideologiyanın Avropada demokratiya və insan hüquqlarına meydan oxuması" mövzusunda məruzə ilə çıxış edəcək.
Xatırladaq ki, bir sıra Avropa ölkələri parlamentlərinin nümayəndələri son günlər Laçın dəhlizində baş verənlərlə bağlı Azərbaycanın cəzalandırılmasını tələb edirlər. Laçın dəhlizi ilə bağlı ermənilərin qaldırdığı hay-küyün AŞPA komitə və bürolarına da yansıyacağı gözlənilir. Bu baxımdan Azərbaycan nümayəndə heyətini AŞPA-da əsl imtahan gözləyir.