https://sputnik.az/20230906/azerbaycan-ve-gurcustanin-mudafie-sahesinde-emekdasliq-istiqametleri-melum-olub-458359688.html
Azərbaycan və Gürcüstanın müdafiə sahəsində əməkdaşlıq istiqamətləri məlum olub
Azərbaycan və Gürcüstanın müdafiə sahəsində əməkdaşlıq istiqamətləri məlum olub
Sputnik Azərbaycan
Komitə iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" müzakirə edilir. 06.09.2023, Sputnik Azərbaycan
2023-09-06T14:02+0400
2023-09-06T14:02+0400
2023-09-06T14:02+0400
gürcüstan
siyasət
nato
milli məclis
https://cdnn1.img.sputnik.az/img/40904/18/409041815_0:16:1500:860_1920x0_80_0_0_7072f03e5d92a169c0ec6c20c7d3935c.jpg
BAKI, 6 sentyabr — Sputnik. Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın detalları açıqlanıb. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb. Sazişin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı təşviq etmək və möhkəmləndirmək, eləcə də tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki çərçivəni təmin etməkdir. Sənəddə qeyd edilib ki, tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər: - hərbi təhsil, treninq və təlimlər; - müdafiə və təhlükəsizlik siyasəti; - sülhməramlı və humanitar əməliyyatlar; - NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq; - silahlara nəzarət və tərk-silah; - hərbi qanunvericilik; - maddi-texniki təminat; - mülki-hərbi əməkdaşlıq; - müdafiə sahəsində kibertəhlükəsizlik; - hərbi xəritəçilik; - hərbi tibbi xidmətlər; - sosial, idman və mədəni tədbirlər; - humanitar minatəmizləmə; - qarşılıqlı maraq kəsb edən digər sahələri. Qeyd edək ki, parlamentdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilir. Komitənin iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib: 1. 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabat. 2. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi. 3. "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə" qanun layihəsi. 4. "Antiinhisar fəaliyyəti haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Mülki müdafiə haqqında", "Taxıl haqqında", "Milli təhlükəsizlik haqqında", "Dövlət sirri haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsi.
https://sputnik.az/20230906/mudafie-nazirliyinin-bir-qrup-numayende-heyeti-gurcustanda-seferde-olub---foto-458351432.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40904/18/409041815_156:0:1489:1000_1920x0_80_0_0_2dbb786f58229f6d759765da6b53b69c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gürcüstan, nato, milli məclis
gürcüstan, nato, milli məclis
Azərbaycan və Gürcüstanın müdafiə sahəsində əməkdaşlıq istiqamətləri məlum olub
Komitə iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" müzakirə edilir.
BAKI, 6 sentyabr — Sputnik. Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın detalları açıqlanıb.
Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb.
Sazişin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı təşviq etmək və möhkəmləndirmək, eləcə də tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki çərçivəni təmin etməkdir.
Sənəddə qeyd edilib ki, tərəflər aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:
- hərbi təhsil, treninq və təlimlər;
- müdafiə və təhlükəsizlik siyasəti;
- sülhməramlı və humanitar əməliyyatlar;
- NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlıq;
- silahlara nəzarət və tərk-silah;
- mülki-hərbi əməkdaşlıq;
- müdafiə sahəsində kibertəhlükəsizlik;
- sosial, idman və mədəni tədbirlər;
- humanitar minatəmizləmə;
- qarşılıqlı maraq kəsb edən digər sahələri.
Qeyd edək ki, parlamentdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilir.
Komitənin iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabat.
2. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi.
3. "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə" qanun layihəsi.
4. "Antiinhisar fəaliyyəti haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Mülki müdafiə haqqında", "Taxıl haqqında", "Milli təhlükəsizlik haqqında", "Dövlət sirri haqqında", "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsi.