https://sputnik.az/20230905/ramafosa-komissiya-cenubi-afrikadan-rusiyaya-silah-tedarukunun-subutunu-tapmadi-458304093.html
Ramafosa: Komissiya Cənubi Afrikadan Rusiyaya silah tədarükünün sübutunu tapmadı
Ramafosa: Komissiya Cənubi Afrikadan Rusiyaya silah tədarükünün sübutunu tapmadı
Sputnik Azərbaycan
Araşdırmanı tələb edən ABŞ səfiri Ruben Briqeti daha sonra "öz hərəkəti ilə çox uzağa getdiyini" etiraf edərək üzr istəyib. 05.09.2023, Sputnik Azərbaycan
2023-09-05T00:20+0400
2023-09-05T00:20+0400
2023-09-05T00:20+0400
rusiya
dünya xəbərləri
car
komissiya
silah
tədarük
https://cdnn1.img.sputnik.az/img/07e7/01/11/450736754_0:160:3072:1888_1920x0_80_0_0_ce4fd60463dde7229678a43dc008f36f.jpg
BAKI, 4 sentyabr — Sputnik. Səlahiyyətli orqanlar heyəti Rusiya Federasiyası üçün silah daşımaqda günahlandırılan "Lady R" gəmisi ətrafında aparılan araşdırmanı başa çatdırıblar. Cənubi Afrikadan Rusiyaya hansısa silahın gətirildiyinə dair dəlil tapılmayıb. Bunu Cənubi Afrikanın lideri Siril Ramafosa bildirib. Xatırladaq ki, "Lady R" gəmisi 2022-ci ilin dekabrında Cənubi Afrikaya yan alıb. Vaşinqton Pretoriyanı silahları Rusiya tərəfinə təhvil verməkdə günahlandıraraq iddia edib ki, gəmiyə silah və sursat gətirilib. Lakin ABŞ bu iddiaya sübut təqdim etməyib. Nəticədə araşdırma aparılıb. Təhqiqat Komissiyası Cənubi Afrikanın Saymonstaun dəniz bazasına baş çəkib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 50-yə yaxın şəxslə müsahibə aparıb, 100-dən çox müxtəlif sənədi öyrəniblər. "Gəminin Cənubi Afrikadan Rusiya üçün təyin olunmuş silah daşıdığına dair iddianı təsdiqləyən heç bir sübut yoxdur", - deyə Ramafosa "RİA Novosti"yə bildirib. Araşdırmanı ABŞ səfiri Ruben Briqeti tələb edib. O, 2022-ci il dekabrın 6-dan 8-dək Cənubi Afrikanın Saymonstaun dəniz bazasında yük gəmisinin dayanmasını qeydə alıb. Həmin vaxt Briqeti öz analizini aparıb və qərara gəlib ki, ölkə Rusiya ilə bağlıdır. Daha sonra o, "öz hərəkəti ilə çox uzağa getdiyini" etiraf edib və üzr istəyib. Cənubi Afrika isə heç nəyə baxmayaraq Rusiyaya dost olan ölkələrdən biri olaraq qalır. Bu yaxınlarda Siril Ramafosa Rusiya Prezidenti Vladimir Putini zəhmətkeş insan adlandırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/11/450736754_171:0:2902:2048_1920x0_80_0_0_d0a86461486125965d737f027e2079fc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, car, komissiya, silah, tədarük
rusiya, car, komissiya, silah, tədarük
Ramafosa: Komissiya Cənubi Afrikadan Rusiyaya silah tədarükünün sübutunu tapmadı
Araşdırmanı tələb edən ABŞ səfiri Ruben Briqeti daha sonra "öz hərəkəti ilə çox uzağa getdiyini" etiraf edərək üzr istəyib.
BAKI, 4 sentyabr — Sputnik. Səlahiyyətli orqanlar heyəti Rusiya Federasiyası üçün silah daşımaqda günahlandırılan "Lady R" gəmisi ətrafında aparılan araşdırmanı başa çatdırıblar. Cənubi Afrikadan Rusiyaya hansısa silahın gətirildiyinə dair dəlil tapılmayıb.
Bunu Cənubi Afrikanın lideri Siril Ramafosa bildirib.
Xatırladaq ki, "Lady R" gəmisi 2022-ci ilin dekabrında Cənubi Afrikaya yan alıb. Vaşinqton Pretoriyanı silahları Rusiya tərəfinə təhvil verməkdə günahlandıraraq iddia edib ki, gəmiyə silah və sursat gətirilib. Lakin ABŞ bu iddiaya sübut təqdim etməyib. Nəticədə araşdırma aparılıb.
Təhqiqat Komissiyası Cənubi Afrikanın Saymonstaun dəniz bazasına baş çəkib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 50-yə yaxın şəxslə müsahibə aparıb, 100-dən çox müxtəlif sənədi öyrəniblər.
"Gəminin Cənubi Afrikadan Rusiya üçün təyin olunmuş silah daşıdığına dair iddianı təsdiqləyən heç bir sübut yoxdur", - deyə Ramafosa "RİA Novosti"yə bildirib.
Araşdırmanı ABŞ səfiri Ruben Briqeti tələb edib. O, 2022-ci il dekabrın 6-dan 8-dək Cənubi Afrikanın Saymonstaun dəniz bazasında yük gəmisinin dayanmasını qeydə alıb. Həmin vaxt Briqeti öz analizini aparıb və qərara gəlib ki, ölkə Rusiya ilə bağlıdır. Daha sonra o, "öz hərəkəti ilə çox uzağa getdiyini" etiraf edib və üzr istəyib.
Cənubi Afrika isə heç nəyə baxmayaraq Rusiyaya dost olan ölkələrdən biri olaraq qalır. Bu yaxınlarda Siril Ramafosa Rusiya Prezidenti Vladimir Putini zəhmətkeş insan adlandırıb.