Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

QAİ Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması üçün UNESCO ilə əməkdaşlıq edəcək

© AFP 2023 / JEAN-PIERRE MULLERUNESCO, arxiv
UNESCO, arxiv - Sputnik Azərbaycan, 1920, 05.09.2023
Abunə olmaq
İcma Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması ilə bağlı imkanlarının artırılması üçün lazımi addımların müəyyən edilməsi üçün UNESCO ilə praktiki əməkdaşlığı davam etdirəcək
BAKI, 5 sentyabr — Sputnik. "Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycan İcması UNESCO ilə predmetli dialoqu çərçivəsində konkret mövzuları təşkilat rəhbərliyinə təqdim etmiş və mədəni irsin qorunması sahəsində icmalara müvafiq rol tanıyan beynəlxalq konvensiyalara uyğun olaraq, potensialın gücləndirilməsi sahəsində UNESCO-nun praktiki yardımlarını xahiş etmişdi".
Bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.
Qeyd edilib ki, UNESCO bu günlərdə İcmaya cavab məktubu göndərərək, mədəni irsin qorunması sahəsində İcmanın çağırışına uyğun olaraq müvafiq addımlar atacağını bildirmiş və potensialın gücləndirilməsi sahəsində dəstək göstərmək barədə İcmanın xahişinə müsbət cavab verib.
İcma Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması ilə bağlı imkanlarının artırılması, o cümlədən, müasir metodologiya əsasında mədəni abidələrin reyestrinin aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün lazım olan addımların müəyyən edilməsi üçün UNESCO ilə praktiki əməkdaşlığı davam etdirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0