https://sputnik.az/20230905/numunevi-ailelere-xususi-dos-nisanlari-verilecek-458340365.html
"Nümunəvi ailələrə" xüsusi döş nişanları veriləcək
"Nümunəvi ailələrə" xüsusi döş nişanları veriləcək
Sputnik Azərbaycan
Adıçəkilən mükafatın verilməsi üçün ailədə alimin olub-olmaması, övladlığa, himayəyə götürülən övladların olub-olmaması məsələsi də nəzərə alınacaq. 05.09.2023, Sputnik Azərbaycan
2023-09-05T21:45+0400
2023-09-05T21:45+0400
2023-09-05T21:45+0400
ailə
dünya xəbərləri
özbəkistan
himayə
övlad
təhsil
https://cdnn1.img.sputnik.az/img/40235/95/402359570_0:0:1920:1080_1920x0_80_0_0_7316a7c33c508ec40a6002f71d0d4535.jpg
BAKI, 6 sentyabr — Sputnik. Özbəkistanda uğurlu və stabil ailələrin həyat təcrübəsinin geniş yayılmasına, ailə institutunun möhkəmlənməsinə, ailə dəyərlərinin saxlanılmasına və inkişaf etdirilməsinə öz layiqli töhfəsini vermiş ailələr "Nümunəvi ailə" ("İbratli oilə") döş nişanı ilə təltif ediləcək. AZƏRTAC-ın xəbərinə görə, hökumət bu yaxında qəbul etdiyi qərarla adıçəkilən döş nişanının verilməsi qaydalarını müəyyən edib. Döş nişanı ölkə başçısının 7 mart 2022-ci il tarixli fərmanı ilə təsis edilib.Nişanı təkcə Özbəkistan vətəndaşları yox, həm də ölkədəki vətəndaşlığı olmayan şəxslər və əcnəbilər ala biləcəklər.Döş nişanı ilə təltif ediləcək namizədlərin siyahısı hər il mart ayının 1-dək ölkənin qadın fəallar və Ailə Dəyərlərinin Möhkəmləndirilməsi Komissiyası tərəfindən tərtib ediləcək. Martın 15-dək namizəd ailələr araşdırılacaq, daha münasib namizədlərlə bağlı yekun rəy isə 15 aprel tarixinə qədər veriləcək. Namizəd ailələrin seçilməsi zamanı aşağıda qeyd edilən amillər nəzərə alınacaq:Müəyyən edilmiş qaydaya əsasən, mükafata layiq görülmüş ailələr təntənəli surətdə 15 may - Beynəlxalq Ailə gününün qeyd edildiyi ərəfədə təltif olunacaq."Nümunəvi ailələrə" bunun üçün hətta müəyyən edilmiş məbləğ üzrə hesablanmış 4 baza həcmi - 1 330 000 sum (cari məzənnə üzrə təxminən 100 ABŞ dollarından bir qədər çox) miqdarında mükafat da təqdim ediləcək. "Nümunəvi ailə" nişanı, həmçinin, belə "nümunəvi ailələrin" yaşadığı mənzillərin və yaşayış evlərinin girişinə vurulacaq. Qeyd edək ki, ölkədə hər ailə bu mükafatı yalnız bir dəfə almaq imkanına malikdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40235/95/402359570_0:0:1440:1080_1920x0_80_0_0_6edff48d59c7d556443acf51b5c69ab9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ailə, özbəkistan, himayə, övlad, təhsil
ailə, özbəkistan, himayə, övlad, təhsil
"Nümunəvi ailələrə" xüsusi döş nişanları veriləcək
Adıçəkilən mükafatın verilməsi üçün ailədə alimin olub-olmaması, övladlığa, himayəyə götürülən övladların olub-olmaması məsələsi də nəzərə alınacaq.
BAKI, 6 sentyabr — Sputnik. Özbəkistanda uğurlu və stabil ailələrin həyat təcrübəsinin geniş yayılmasına, ailə institutunun möhkəmlənməsinə, ailə dəyərlərinin saxlanılmasına və inkişaf etdirilməsinə öz layiqli töhfəsini vermiş ailələr "Nümunəvi ailə" ("İbratli oilə") döş nişanı ilə təltif ediləcək.
AZƏRTAC-ın xəbərinə görə, hökumət bu yaxında qəbul etdiyi qərarla adıçəkilən döş nişanının verilməsi qaydalarını müəyyən edib. Döş nişanı ölkə başçısının 7 mart 2022-ci il tarixli fərmanı ilə təsis edilib.
Nişanı təkcə Özbəkistan vətəndaşları yox, həm də ölkədəki vətəndaşlığı olmayan şəxslər və əcnəbilər ala biləcəklər.
Döş nişanı ilə təltif ediləcək namizədlərin siyahısı hər il mart ayının 1-dək ölkənin qadın fəallar və Ailə Dəyərlərinin Möhkəmləndirilməsi Komissiyası tərəfindən tərtib ediləcək. Martın 15-dək namizəd ailələr araşdırılacaq, daha münasib namizədlərlə bağlı yekun rəy isə 15 aprel tarixinə qədər veriləcək.
Namizəd ailələrin seçilməsi zamanı aşağıda qeyd edilən amillər nəzərə alınacaq:
ailə kitabxanalarının, habelə, ictimai yerlərdə kitabxanaların yaradılması;
bu ailələrin üzvlərinin təhsil səviyyəsi, daha doğrusu, ailədə alim və ziyalıların, onların elmi dərəcələrinin olub-olmaması;
ailədə övladlığa və ya himayəyə götürülmüş uşaqların olub-olmaması, eləcə də, ailə himayəsindən məhrum olmuş uşaqların tərbiyə edilib-edilməməsi;
ailənin idmanla məşğul olub-olmaması, idman üzrə milli və beynəlxalq səviyyədə nailiyyətlərin olub-olmaması; ailə təsərrüfatının və sahibkarlığının idarə edilməsi bacarığı.
Müəyyən edilmiş qaydaya əsasən, mükafata layiq görülmüş ailələr təntənəli surətdə 15 may - Beynəlxalq Ailə gününün qeyd edildiyi ərəfədə təltif olunacaq.
"Nümunəvi ailələrə" bunun üçün hətta müəyyən edilmiş məbləğ üzrə hesablanmış 4 baza həcmi - 1 330 000 sum (cari məzənnə üzrə təxminən 100 ABŞ dollarından bir qədər çox) miqdarında mükafat da təqdim ediləcək. "Nümunəvi ailə" nişanı, həmçinin, belə "nümunəvi ailələrin" yaşadığı mənzillərin və yaşayış evlərinin girişinə vurulacaq.
Qeyd edək ki, ölkədə hər ailə bu mükafatı yalnız bir dəfə almaq imkanına malikdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.