NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft qiymətlərində dəyişkənlik müşahidə olunur

© AP Photo / Richard DrewBirja, arxiv
Birja, arxiv - Sputnik Azərbaycan, 1920, 05.09.2023
Abunə olmaq
Səudiyyə Ərəbistanın könüllü şəkildə hasilatın azaldılmasını oktyabr ayına qədər uzadacağı və bu həftə "OPEC plyus"un hasilatın azaldılmasına dair yeni sazişi açıqlayacağı gözlənilir.
BAKI, 5 sentyabr — Sputnik. Dünya bazarlarında neft qiymətlərində dəyişkənlik müşahidə olunur. Səbəb Çin iqtisadiyyatının hələ də pandemiya sonrası bərpa ilə mübarizə apardığını göstərən məlumatların açıqlanmasıdır.
"Brent" markalı neft 26 sent ucuzlaşaraq 88,74 dollara düşüb. ABŞ-ın Qərbi Texas nefti (WTI) isə 21 sent artaraq 85,76 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,13 dollar artaraq 94,63 dollar təşkil edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın könüllü şəkildə hasilatın azaldılmasını oktyabr ayına qədər uzadacağı və bu həftə "OPEC plyus"un hasilatın azaldılmasına dair yeni sazişi açıqlayacağı gözlənilir.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0