Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müddətli müqavilə ilə müəllim işləmək istəyənlərin vakansiya seçiminə başlanılıb

© Photo : REPORTMüəllimlərin imtahanı, arxiv şəkli
Müəllimlərin imtahanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.09.2023
Abunə olmaq
Namizədlər 7 sentyabr saat 12:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər/
BAKI, 5 sentyabr — Sputnik. Bu gündən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır.
Vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.
Müddətli müqavilə ilə vakansiya seçimi zamanı namizədlər 4 vakant yer seçə bilərlər.
Qeyd edək ki, namizədlər 7 sentyabr saat 12:00-dək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0