Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva Bakı ilə bütün məsələləri ikitərəfli formatda həll edir - Zaxarova

© AFP 2024 / DIMITAR DILKOFFKreml
Kreml - Sputnik Azərbaycan, 1920, 05.09.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Azərbaycan Rusiya ilə əlaqələri bloklamır və danışıqlardan imtina etmir.
BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan Rusiya ilə dialoqdan imtina etmir, Moskva Bakı ilə bütün məsələləri, o cümlədən problemli məsələləri ikitərəfli formatda həll edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çərşənbə axşamı brifinqdə deyib.

"Biz müxtəlif ölkələrlə bütün məsələləri, o cümlədən problemli məsələləri ikitərəfli kanallar vasitəsilə həll edirik. Həqiqətən də, dost olmayan ölkələrin təmasları blokladığı, dialoqdan imtina etdiyi məqamlar da olur", - deyə Zaxarova qeyd edib.

O əlavə edib ki, bu, Moskvanın Bakı ilə dialoquna aid deyil.
"Buna görə də biz bütün məsələləri, o cümlədən problemli məsələləri (Azərbaycanla – red.) ikitərəfli formatda həll edirik", - deyə Zaxarova bildirib.
Bu gün Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Qarabağda təhlükəsizlik təminatçısı rolunu yerinə yetirməkdə davam etdiyini bildirib.
Laçın və Ağdam marşrutları
Diplomat qeyd edib ki, Rusiya istər Laçın, istərsə də Ağdam marşrutu ilə Qarabağ bölgəsinə humanitar yardımın maneəsiz daxil olmasının tərəfdarıdır.
O, bu məsələnin lüzumsuz siyasiləşdirilməsinə yol verməməyə çağırıb və qeyd edib ki, Avropa İttifaqı bu halda Rusiya tərəfinin təşəbbüsünü utanmadan istifadə edir.
Zaxarovanın sözlərinə görə, bütövlükdə Aİ-nin fəaliyyətinin nəticələri vəziyyətin normallaşmasına gətirib çıxarmır. XİN rəsmisi onu da vurğulayıb ki, İrəvandan bu məsələ ilə bağlı siyasi bəyanatlar və ritorika qəbuledilməzdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi M.Zaxarovanın brifinqi, arxiv - Sputnik Azərbaycan, 1920, 05.09.2023
RUSİYA
Zaxarova: Ermənistan hakimiyyəti öz əməllərinə görə cavab verməlidir
Xəbər lenti
0