Zaxarova: Ermənistan hakimiyyəti öz əməllərinə görə cavab verməlidir
© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi M.Zaxarovanın brifinqi, arxiv
© Sputnik / Пресс-служба МИД РФ
/ Abunə olmaq
Bu günlərdə Paşinyan İtaliyanın "Repubblica" qəzetinə müsahibə verib və bildirib ki, Rusiya sülhməramlı qüvvələri Qarabağda onlara tapşırılan missiyanı yerinə yetirmirlər.
BAKI, 5 sentyabr — Sputnik. Ermənistan rəhbərliyi öz əməllərinə görə məsuliyyət daşımağı bacarmalıdır, günahkarları sonsuza qədər axtarmamalıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Öz əməllərinə görə məsuliyyət daşımağı bacarmaq, günahkarları axtarmamaq və bunu hər səbəbdən sonsuzadək etməmək lazımdır. Məsuliyyət daşımaq və bunu başqasının üzərinə atmamaq lazımdır. Siyasətdə öz ölkəsinin milli maraqlarını düşünməyən adamla dövlət xadiminin fərqi budur", - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, İrəvanın Rusiyanın Qarabağ ətrafında rolu ilə bağlı bəyanatları qəbuledilməzdir, çünki onlar problemin həllinə kömək etmir.
Paşinyan bu yaxınlarda İtaliyanın "Repubblica" qəzetinə müsahibə verərək bildirib ki, xüsusilə Rusiya sülhməramlı qüvvələri Qarabağda onlara tapşırılan missiyanı yerinə yetirmir və Rusiya guya özü regionu tərk edib.
Kobudluğun astanasında ritorika
Zaxarova həmçinin Laçın yolu və Rusiya sülhməramlılarının vəziyyəti ilə bağlı tənqidi açıqlamalar verən Ermənistan parlamentinin spikeri Alen Simonyanın sözlərinə də münasibət bildirib.
Onun sözlərinə görə, kobudluq həddində olan bu cür ictimai ritorika Ermənistan siyasətçilərini heç də yaxşı təcəssüm etdirmir.
"Mən başa düşürəm ki, orada yəqin ki, hər kəsin rolu təyin olunub, kim nə deyir və necə deyir, ancaq yenə də əminəm ki, erməni cəmiyyətini təmsil edən insanların bu cür ifadələr işlətməsi heç də yaxşı görünmür. Biz isə bunları son vaxtlar çox görürük və eşidirik", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.