https://sputnik.az/20230905/cahangir-esgerovun-azal-dan-gedisi-neyi-deyisecek-biletlerin-qiymeti-asagi-dusecekmi-458312296.html
Cahangir Əsgərovun AZAL-dan gedişi nəyi dəyişəcək: Biletlərin qiyməti aşağı düşəcəkmi?
Cahangir Əsgərovun AZAL-dan gedişi nəyi dəyişəcək: Biletlərin qiyməti aşağı düşəcəkmi?
Sputnik Azərbaycan
Millət vəkili Cahangir Əsgərovun vəzifəsindən azad edilməsindən sonra AZAL-ın qiymət siyasətində hər hansı dəyişikliyin olacağını düşünmür. Ekspert isə hesab... 05.09.2023, Sputnik Azərbaycan
2023-09-05T10:00+0400
2023-09-05T10:00+0400
2023-09-05T10:16+0400
cəmiyyət
azal
"azərbaycan hava yolları" qsc-nin (azal)
cahangir əsgərov
buta
"buta airways" aviaşirkəti
natiq cəfərli
iqtisadçı-ekspert natiq cəfərli
fazil mustafa
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427952447_0:200:2000:1325_1920x0_80_0_0_b222debaae64f741713607d898db33cc.jpg
BAKI, 5 sentyabr — Sputnik. "AZAL prezidenti Cahangir Əsgərovun vəzifəsindən azad edilməsindən sonra qiymət siyasətində hər hansı dəyişikliyin olacağını düşünmürəm. Çünki, onun işdən azad olunma motivində qiymətlərin baha olması, vətəndaşların şikayətlənməsi öz əksini tapmamışdı. Ona görə düşünürəm ki, AZAL-da qiymətlərlə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa söyləyib. O, bildirib ki, bundan sonrakı siyasətdə daha optimal yolun seçiləcəyinə ümid edir. "İnanmaq istəyirəm ki, yeni AZAL rəhbərliyi bundan sonra vətəndaşların marağını daha önə çəkəcək. Belə olan halda AZAL-ın xidmətlərinə tələbat artdığından, bu onların gəlirlərinin artmasına da müsbət təsir göstərəcək. Çünki, bu gün quru yollarının bağlı olması AZAL-a böyük avantaj verib. Rəqabət olmadığından, qiymətlər daha çox bahalaşır. Rəqabət olmayan yerdə də qiyməti diktə etmək mümkündür. Belə halda vətəndaşın başqa seçimi olmadığından, təklif edilən qiymətlə razılaşmalı olur. Bu baxımdan, yeni bir situasiyanın yaranması, hər hansı qiymət dəyişikliyinin olması gözlənilmir" - F.Mustafa deyib. Qeyd edək ki, ötən həftə prezident İlham Əliyev Cahangir Əsgərovun AZAL-ın prezidenti vəzifəsindən azad edilməsi barədə Sərəncam imzalayıb. C.Əsgərovun işdən çıxarılması geniş müzakirələrə səbəb olub. Hər kəs AZAL-da rəhbərliyin işdən çıxarılmasının aviabiletlərin qiymətinə necə təsir göstərəcəyini düşünür. İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, BUTA törəmə şirkətinin AZAL-a birləşdirilməsindən sonra bu qurumda rəhbərliyin dəyişəcəyi gözlənilən idi:""Buta" oktyabr ayının 1-dən vahid brend altında AZAL-ın tərkibində fəaliyyət göstərəcək. Hələ aylar öncə belə bir ehtimal var idi ki, AZAL-da yeni struktur və idarəetmə dəyişiklikləri gözlənilir. Hətta dövlət başçısı səviyyəsində AZAL-ın işi tənqid olunurdu. Amma struktur və idarəetmə islahatları olmadan bir kadr dəyişikliyinin müsbətə doğru dəyişəcəyinə inam azdır. Yeni rəhbərlik yeni konsepsiya ortaya qoyacaqsa, dəyişikliyə ümid etmək olar". N.Cəfərli deyib ki, AZAL Azərbaycanda təyyarə uçuşları üzrə inhisarçıdır. Rəsmi rəqəmlərə görə, bu qurumun bazar payı 55 faizdir. Antiinhisar qanunvericiliyinə görə isə bazar payı 33 faizdən artıq olan istənilən şirkətlərdə dəyişiklik olmalı və antiinhisar qanunvericiliyi işə düşməlidir. Amma uzun illərdir ki, bu qanunvericilik yerinə yetirilmir. "Yeni yanaşma odur ki, AZAL inhisarçı mövqeyindən çəkinməli, regionda rəqabətli mühitin formalaşmasına şərait yaratmalıdır. Regionlarda boş qalan hava limanları digər şirkətlərin idarəetməsinə verilməlidir. Bu zaman qiymət siyasəti də dəyişə bilər. Çünki, əhalinin ən çox narazılıq etdiyi məsələlərdən biri məhz aviabiletlərin baha olmasıdır. AZAL xarici şirkətlərin birbaşa ölkədə işləməsinə şərait yaratmalıdır. Ən böyük manelərdən biri yerüstü xidmətlərin AZAL-ın inhisarında olmasıdır. Yerüstü xidmətlər tenderlərlə xarici şirkətlərə verilməlidir" - deyə ekspert bildirib. Həmsöhbətimizin fikrincə, AZAL-a yeni rəhbərliyin təyinatından sonra idarəetmə fəlsəfəsi dəyişməlidir. İqtisadçının sözlərinə görə, Azərbaycanda bir neçə hava limanı olsa da, onların hamısı boşdur, fəaliyyət göstərmir. Onlar dövlət büdcəsinə əlavə yükdür. Halbuki, xarici şirkətlər həmin hava limanlarının hab-a çevrilməsi üçün dəfələrlə müraciət ediblər. ""Pegasus" kimi şirkətlər AZAL-a bununla bağlı müraciət ediblər. AZAL-ın inhisarçı mövqeyinə görə bu, mümkün olmamışdı. Bu sahədə də bazar qaydaları işə düşməlidir" - deyə ekspert fikrini tamamlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427952447_0:0:2000:1500_1920x0_80_0_0_12bd519c62e1b61b54f1bf562df815c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azal, "azərbaycan hava yolları" qsc-nin (azal), cahangir əsgərov, buta, "buta airways" aviaşirkəti, natiq cəfərli, iqtisadçı-ekspert natiq cəfərli, fazil mustafa
azal, "azərbaycan hava yolları" qsc-nin (azal), cahangir əsgərov, buta, "buta airways" aviaşirkəti, natiq cəfərli, iqtisadçı-ekspert natiq cəfərli, fazil mustafa
Cahangir Əsgərovun AZAL-dan gedişi nəyi dəyişəcək: Biletlərin qiyməti aşağı düşəcəkmi?
10:00 05.09.2023 (Yenilənib: 10:16 05.09.2023) Millət vəkili Cahangir Əsgərovun vəzifəsindən azad edilməsindən sonra AZAL-ın qiymət siyasətində hər hansı dəyişikliyin olacağını düşünmür. Ekspert isə hesab edir ki, AZAL antiinhisar qanunvericiliyini ciddi surətdə pozur.
BAKI, 5 sentyabr — Sputnik. "AZAL prezidenti Cahangir Əsgərovun vəzifəsindən azad edilməsindən sonra qiymət siyasətində hər hansı dəyişikliyin olacağını düşünmürəm. Çünki, onun işdən azad olunma motivində qiymətlərin baha olması, vətəndaşların şikayətlənməsi öz əksini tapmamışdı. Ona görə düşünürəm ki, AZAL-da qiymətlərlə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa söyləyib. O, bildirib ki, bundan sonrakı siyasətdə daha optimal yolun seçiləcəyinə ümid edir.
"İnanmaq istəyirəm ki, yeni AZAL rəhbərliyi bundan sonra vətəndaşların marağını daha önə çəkəcək. Belə olan halda AZAL-ın xidmətlərinə tələbat artdığından, bu onların gəlirlərinin artmasına da müsbət təsir göstərəcək. Çünki, bu gün quru yollarının bağlı olması AZAL-a böyük avantaj verib. Rəqabət olmadığından, qiymətlər daha çox bahalaşır. Rəqabət olmayan yerdə də qiyməti diktə etmək mümkündür. Belə halda vətəndaşın başqa seçimi olmadığından, təklif edilən qiymətlə razılaşmalı olur. Bu baxımdan, yeni bir situasiyanın yaranması, hər hansı qiymət dəyişikliyinin olması gözlənilmir" - F.Mustafa deyib.
Qeyd edək ki, ötən həftə prezident İlham Əliyev Cahangir Əsgərovun AZAL-ın prezidenti vəzifəsindən azad edilməsi barədə Sərəncam imzalayıb.
C.Əsgərovun işdən çıxarılması geniş müzakirələrə səbəb olub. Hər kəs AZAL-da rəhbərliyin işdən çıxarılmasının aviabiletlərin qiymətinə necə təsir göstərəcəyini düşünür.
İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, BUTA törəmə şirkətinin AZAL-a birləşdirilməsindən sonra bu qurumda rəhbərliyin dəyişəcəyi gözlənilən idi:
""Buta" oktyabr ayının 1-dən vahid brend altında AZAL-ın tərkibində fəaliyyət göstərəcək. Hələ aylar öncə belə bir ehtimal var idi ki, AZAL-da yeni struktur və idarəetmə dəyişiklikləri gözlənilir. Hətta dövlət başçısı səviyyəsində AZAL-ın işi tənqid olunurdu. Amma struktur və idarəetmə islahatları olmadan bir kadr dəyişikliyinin müsbətə doğru dəyişəcəyinə inam azdır. Yeni rəhbərlik yeni konsepsiya ortaya qoyacaqsa, dəyişikliyə ümid etmək olar".
N.Cəfərli deyib ki, AZAL Azərbaycanda təyyarə uçuşları üzrə inhisarçıdır. Rəsmi rəqəmlərə görə, bu qurumun bazar payı 55 faizdir. Antiinhisar qanunvericiliyinə görə isə bazar payı 33 faizdən artıq olan istənilən şirkətlərdə dəyişiklik olmalı və antiinhisar qanunvericiliyi işə düşməlidir. Amma uzun illərdir ki, bu qanunvericilik yerinə yetirilmir.
"Yeni yanaşma odur ki, AZAL inhisarçı mövqeyindən çəkinməli, regionda rəqabətli mühitin formalaşmasına şərait yaratmalıdır. Regionlarda boş qalan hava limanları digər şirkətlərin idarəetməsinə verilməlidir. Bu zaman qiymət siyasəti də dəyişə bilər. Çünki, əhalinin ən çox narazılıq etdiyi məsələlərdən biri məhz aviabiletlərin baha olmasıdır. AZAL xarici şirkətlərin birbaşa ölkədə işləməsinə şərait yaratmalıdır. Ən böyük manelərdən biri yerüstü xidmətlərin AZAL-ın inhisarında olmasıdır. Yerüstü xidmətlər tenderlərlə xarici şirkətlərə verilməlidir" - deyə ekspert bildirib.
Həmsöhbətimizin fikrincə, AZAL-a yeni rəhbərliyin təyinatından sonra idarəetmə fəlsəfəsi dəyişməlidir.
İqtisadçının sözlərinə görə, Azərbaycanda bir neçə hava limanı olsa da, onların hamısı boşdur, fəaliyyət göstərmir. Onlar dövlət büdcəsinə əlavə yükdür. Halbuki, xarici şirkətlər həmin hava limanlarının hab-a çevrilməsi üçün dəfələrlə müraciət ediblər.
""Pegasus" kimi şirkətlər AZAL-a bununla bağlı müraciət ediblər. AZAL-ın inhisarçı mövqeyinə görə bu, mümkün olmamışdı. Bu sahədə də bazar qaydaları işə düşməlidir" - deyə ekspert fikrini tamamlayıb.