https://sputnik.az/20230905/bakida-et-e-uzv-dovletlerin-emek-nazirlerinin-konfransi-kecirilecek-458338982.html
Bakıda İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin konfransı keçiriləcək
Bakıda İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin konfransı keçiriləcək
Sputnik Azərbaycan
İslam ölkələri arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin genişlənməsində İƏT-ə üzv ölkələrin əmək nazirləri konfranslarının xüsusi... 05.09.2023, Sputnik Azərbaycan
2023-09-05T22:38+0400
2023-09-05T22:38+0400
2023-09-05T22:38+0400
iət
iqtisadiyyat
anar kərimov
əmək
mərkəz
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:122:3001:1810_1920x0_80_0_0_cd8d68cb99e8c0cb983931a186a6a0ea.jpg
BAKI, 5 sentyabr — Sputnik. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin növbəti, 5-ci konfransının bu il Bakıda keçirilməsi nəzərdə tutulur. Bu barədə İƏT-in nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən görüşdə bildirilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanın ötən dövrdə İƏT-lə, eləcə də müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumlarla uğurlu əməkdaşlıq təcrübəsini diqqətə çatdırıb. Ölkəmizin İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurduğu, dünyada İslam həmrəyliyinin güclənməsində mühüm töhfələr verdiyi bildirilib. "Report"un xəbərinə görə, İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin ikinci konfransının da Bakıda təşkil edildiyi qeyd olunub. Vurğulanıb ki, həmin konfrans çərçivəsində Prezident İlham Əliyev mənzil-qərargahı Bakıda olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb və təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib. Ötən dövrdə İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması istiqamətində ölkəmiz tərəfindən aparılan işlərdən bəhs olunub. Həmin Mərkəzin Təşkilata üzv ölkələr arasında əməkdaşlığın daha da güclənməsində mühüm rol oynayacağı vurğulanıb. İslam ölkələri arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin genişlənməsində İƏT-ə üzv ölkələrin əmək nazirləri konfranslarının xüsusi əhəmiyyəti qeyd olunub. Bakıda keçiriləcək növbəti konfransın da bu istiqamətdə mühüm irəliləyişə imkan yaradacağı bildirilib. Görüşdə konfransın təşkili məsələləri müzakirə edilib, müvafiq razılaşma sənədi imzalanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:0:2667:2000_1920x0_80_0_0_5bc044ef9376d8135bc473c4828e698b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iət, anar kərimov, əmək, mərkəz
iət, anar kərimov, əmək, mərkəz
Bakıda İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin konfransı keçiriləcək
İslam ölkələri arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin genişlənməsində İƏT-ə üzv ölkələrin əmək nazirləri konfranslarının xüsusi əhəmiyyəti qeyd olunub.
BAKI, 5 sentyabr — Sputnik. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin növbəti, 5-ci konfransının bu il Bakıda keçirilməsi nəzərdə tutulur.
Bu barədə İƏT-in nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən görüşdə bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanın ötən dövrdə İƏT-lə, eləcə də müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumlarla uğurlu əməkdaşlıq təcrübəsini diqqətə çatdırıb. Ölkəmizin İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurduğu, dünyada İslam həmrəyliyinin güclənməsində mühüm töhfələr verdiyi bildirilib.
"Report"un xəbərinə görə, İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin ikinci konfransının da Bakıda təşkil edildiyi qeyd olunub. Vurğulanıb ki, həmin konfrans çərçivəsində Prezident İlham Əliyev mənzil-qərargahı Bakıda olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb və təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.
Ötən dövrdə İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması istiqamətində ölkəmiz tərəfindən aparılan işlərdən bəhs olunub. Həmin Mərkəzin Təşkilata üzv ölkələr arasında əməkdaşlığın daha da güclənməsində mühüm rol oynayacağı vurğulanıb.
İslam ölkələri arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin genişlənməsində İƏT-ə üzv ölkələrin əmək nazirləri konfranslarının xüsusi əhəmiyyəti qeyd olunub. Bakıda keçiriləcək növbəti konfransın da bu istiqamətdə mühüm irəliləyişə imkan yaradacağı bildirilib.
Görüşdə konfransın təşkili məsələləri müzakirə edilib, müvafiq razılaşma sənədi imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.