Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

© AR Ministry of DefenceGeneral-polkovnik Zakir Həsənov
General-polkovnik Zakir Həsənov - Sputnik Azərbaycan, 1920, 05.09.2023
Abunə olmaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənov helikopter qəzası ilə əlaqədar Pakistana başsağlığı ünvanlayıb.
BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzəyə başsağlığı ünvanlayıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Bəlucistan əyalətinin Qvadar şəhərində helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçularının şəhid olması haqqında məlumat məni dərindən kədərləndirir. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin", - başsağlığında deyilir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0