Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan və Gürcüstandan Aİ-yə enerji ixracı ilə bağlı TİƏ-si 2024-cü ildə hazır olacaq

© Sputnik / Aleksey Malgavko / Mediabanka keçidİşıq dirəkləri
İşıq dirəkləri - Sputnik Azərbaycan, 1920, 05.09.2023
Abunə olmaq
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri bildirib ki, Avropaya ekoloji cəhətdən təmiz elektrik enerjisi təkcə Azərbaycandan deyil, Gürcüstandan da ixrac olunacaq.
BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan və Gürcüstandan Mərkəzi Avropaya elektrik enerjisinin ixracı layihəsinin texniki-iqtisadi əsaslandırması (TİƏ) 2024-cü ilin əvvəlində hazır olacaq.
Bu barədə TASS Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyartonun Budapeştdə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında söylədiklərinə istinadən xəbər verib.

"Ötən ilin sonunda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bağlanmış dördtərəfli sazişə əsasən, Qara dənizin dibi ilə elektrik enerjisinin ötürülməsi üçün dünyanın ən uzun sualtı kabeli çəkiləcək", - deyə Macarıstanın xarici işlər naziri bildirib.

Siyartonun sözlərinə görə, Avropaya ekoloji cəhətdən təmiz elektrik enerjisini təkcə Azərbaycan deyil, Gürcüstan da ixrac edəcək. Noyabrda dörd ölkənin nazirləri Budapeştdə keçiriləcək görüşdə bu layihənin perspektivlərini müzakirə edəcəklər, bu layihənin həyata keçirilməsi üçün işçi qrupu yaradılıb və birgə müəssisə yaradılmalıdır.
2021-ci ilin dekabrında dörd ölkənin liderləri Buxarestdə Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə keçməklə, daha sonra sualtı kabel vasitəsilə Rumıniyaya, oradan da Macarıstana elektrik enerjisinin tədarükü haqqında saziş imzalayıblar. Bundan bir müddət sonra Siyarto bildirib ki, layihənin texniki-iqtisadi əsaslandırmasını İtalya şirkəti sifariş edib, onun xərci isə (2,5 milyon avro) Dünya Bankı tərəfindən qarşılanacaq. Kabelin uzunluğu 1195 km olacaq.
Macarıstan hökumətinin bildirdiyinə görə, Avropa Komissiyası bu layihəni bütün Avropa üçün vacib hesab edir və bunun üçün 2,3 milyard avro ayırıb. Ona qoyulan investisiyalar dörd ilə qədər müddətə nəzərdə tutulub. Cənubi Qafqazdan gələn ekoloji cəhətdən təmiz elektrik enerjisinin bir hissəsinin Macarıstanda istifadə edilməsi, bir hissəsinin isə digər ölkələrə göndərilməsi planlaşdırılır. Elektrik xətti boyunca fiber-optik kabelin çəkilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0