Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

© AFP 2023 / FRED DUFOURTələbələr
Tələbələr - Sputnik Azərbaycan, 1920, 05.09.2023
Abunə olmaq
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
BAKI, 5 sentyabr — Sputnik. Sentyabrın 5-dən bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, abituriyentlər https://portal.edu.az/ sistemi üzərindən "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat sentyabrın 14-də saat 18:00-da başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0