https://sputnik.az/20230905/ali-meqsedim-tehsilin-inkisafina-xidmetdir---ferq-yaradan-genc-muellim--458296552.html
Ali məqsədim təhsilin inkişafına xidmətdir - Fərq yaradan gənc müəllim
Ali məqsədim təhsilin inkişafına xidmətdir - Fərq yaradan gənc müəllim
Sputnik Azərbaycan
Novator müəllimin qənaətinə görə, tarix dərsləri dairəvi masalarda müzakirə əsasında tədris olunmalıdır. Debat, müzakirələr olmalıdır ki, şagirdlər öz... 05.09.2023, Sputnik Azərbaycan
2023-09-05T19:00+0400
2023-09-05T19:00+0400
2023-09-05T19:00+0400
təhsil
video
tarix
fənn
tədris
müəllim
şagird
yanaşma
assosiasiya
https://cdnn1.img.sputnik.az/img/07e7/09/04/458296320_0:0:1920:1080_1920x0_80_0_0_505ae541a3bce73135d47862c9598ceb.jpg
BAKI, 6 sentyabr — Sputnik. Aytən Sərdarlı Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirtdiyi "Fərq Yaradan Gənc Müəllim" müsabiqəsində I yerə layiq görülüb. Nazim İsmayılov adına 80 saylı tam orta məktəbdə tarix müəllimi kimi çalışan Aytən xanım Azərbaycan təhsili, onun problemləri, vəzifələri və təhsil sistemindən gözləntiləri ilə bağlı Sputnik Azərbaycan-ın sullarını cavablandırıb. - Novator müəllim kimi hansı yeniliklərə imza atmısınız? - Müəllimlərin İşə Qəbulu imtahanında yüksək bal toplayaraq fəaliyyətimi 80 saylı orta məktəbdə tarix müəllimi kimi davam etdirirəm. Altı illik pedaqoji təcrübəm var. Bu illər ərzində şagirdlərimin şəxsiyyət kimi formalaşması, onların bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində fəaliyyət göstərmişəm. Yüzlərlə gəncin şəxsiyyət kimi formalaşmasında, onların ali məktəblərə daxil olmasında xidmətlərim olub. Buna ona görə xidmət göstərmək deyirəm ki, bu, bir müəllim olaraq mənim borcumdur, qarşımda duran ümdə vəzifədir. Müəllimlik mənim ən böyük arzularımdan biri idi. Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsi” kitabını oxuyanda düşündüm ki, mən də Azərbaycan təhsilinin inkişafına xidmət göstərməliyəm. Məhz buna görə də, müəllimlik peşəsini seçdim. Bu peşəyə olan sevgim məni məktəbə gətirib çıxardı. Bu gün yüzlərlə şagirdin müəllimi olmağımla fəxr edirəm. - Dünya dəyişdiyi kimi, təhsil sistemləri və öyrətmə metodikaları da dəyişir. Siz öz fəaliyyətinizdə nələri tətbiq edirsiniz? - Müəllimlərin inkişafı üçün də bir çox layihələr həyata keçirilir. Öz fəaliyyətində novatorluq edən müəllimlər var ki, onlar seçilir və üzə çıxarılır. Bu gün uzun yollar qət edərək ucqar kəndlərə gedib müəllimlik edən çox sayda həmkarım var. Həmin insanlar Azərbaycan gəncinin inkişafında müstəsna xidmətlər göstərirlər. Mən də öz fəaliyyətimdə yeni yanaşmalar tətbiq edirəm. Bu yanaşmalar öyrətmə prosesi ilə bağlıdır. Dərs proqramlarını ənənəvi metodlarla tədris etmirəm. Təqribən 20-30 il öncəni xatırlasaq, görərik ki, həmin dövrdə avtoritar tədris metodikası var idi, müəllim avtoritar yönümlü idi və informasiya ondan şagirdlərə gedirdi. Yəni, bir növ, müəllim burada zəhmət çəkmirdi. Avtoritar idarəçilik şagird kütləsini daha da itaətkar ruha gətirirdi. Bu günün müəllimi isə şagirdləri belə idarə edə bilməz. Biz yeni dövrə köhnə qaydalarla daxil ola bilmərik. Hazırda informasiya dövrüdür. İnformasiyaya kim rəhbərlik edirsə, o bütün bəşəriyyəti yönləndirə bilər. Azərbaycan gəncini yeni qaydalarla yetişdirmək lazımdır ki, o, dünya miqyasında özünə yer tuta bilsin. Elə bir zaman yetişməlidir ki, Azərbaycan dünyaya öz təhsil modelini təqdim edə bilsin. O təhsil sitemi ilə minlərlə insanın həyatı dəyişikliyə uğrayacaq. Ümid edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. - Müasir dövrün təhsili kimi şagirdləri də fərqlidir. Müəllimlər dərsdə şagirdi necə ələ alırlar? - Bu gün şagirdin maraqları ilə hesablaşmaq lazımdır. Şagird məktəbdən sonra daha maraqlı həyat keçirir. Biz fikirləşməliyik ki, şagird niyə təhsildə maraqlı olmalıdır - onda necə maraq oyatdığımızı düşünməliyik. Şagird gününün böyük bir hissəsini məktəbdə keçirir. Məktəb elə bir yer olmalıdır ki, o, məktəbdə həm qidalanmalıdır, həm də əlavə məşğuliyyətlər tapmalıdır. Şagird sinif otağına girəndə sadəcə partaların sıralandığı bir yerlə qarşılaşmamalıdır. Siniflər şagirdlərin əylənərək öyrəndiyi bir yerə çevrilməlidir. Müəllim şagirdlərin maraqlarına uyğun dərs keçməlidir. Şagird bu gün istəmir ki, müəllim ona sadəcə informasiyanı ötürsün. Yəni o, hər cür informasiyanı internet texnologiyaları vasitəsilə əldə edə bilər. Bəs o zaman müəllim nə üçün lazımdır? Kimya müəllimin işi sadəcə formulları yazmaqdırsa, şagird bundan nə öyrənə bilər? Kimya dərsləri laboratoriyalarda keçirilməlidir. Tarix dərsləri dairəvi masalarda müzakirə əsasında tədris olunmalıdır. Debat, müzakirələr olmalıdır ki, şagirdlər öz fikirlərini söyləyə bilsinlər. Bu gün biz küçədə hər hansı sorğu üçün vətəndaşlardan fikrini öyrənməyə çalışsaq, onlar danışa bilməyəcəklər. Bu, məktəbdən gələn ənənələrlə bağlıdır. Şagirdlər öyrəniblər ki, informasiyanı əzbərləsinlər, o informasiyanı olduğu kimi təqdim etsinlər. Amma bu, doğru deyil. Şagird informasiyanı qəbul edib, onu özününkiləşdirməli, yeni formada təqdim etməlidir. Bu gün müəllimin məqsədi bu cür fərdləri yetişdirmək olmalıdır. Azrbaycan təhsilində yeni metodikalar tətbiq olunur. Hazırda tətbiq edilən kurikulum sistemi özünü doğruldurmu?- Kurikulum sistemi özünü doğruldur, əgər müəllimlər ona əməl etsə. Müasir dövrün tələbi müəllimlər qarışısında da ciddidir. Çağdaş təhsil müəllimdən hərtərəfli bilik vıə bacarıqlara sahib olmağı tələb edir. Ənənəvi təhsil modeli müasir dövrün tələblərinə cavab vermir. - Azərbaycan 32 ildir müstəqil bir ölkədir. Bu dövr ərzində tarixin tədrisində və tarix kitablarındakı dəyişikliklər barədə nələr deyərdiniz? - Cəmiyyət bu gün dərslikləri qınayır. Amma bu gün islahatların getdiyini də gözardı edə bilmərik. İslahatlar vaxt alan bir prosesdir və öz nəticəsini 20-30 il ərzində verə bilər. Dərsliklərin keyfiyyətindən narazı deyiləm. Biz hər hansı bir məsələni müzakirə əsasında öyrənməliyik. Müəllim bir neçə dərsi bir dərsə inteqrasiya etdirməlidir. Bir müddət sonra fənlər sıradan çıxacaq. Misal üçün tarix və coğrafiya, kimya, biologiya təbiət elmləri bir fəndə birləşəcək. Yəni biz buna doğru gedirik.Tarix kitablarında dəyişikliklər nəyə əsaslanır? - Hətta dəqiq elmlərin özündə tez-tez belə dəyişikliklər baş verir. Biz bir tarixi dövrü araşdırmaq üçün minlərlə mənbəni nəzərdən keçirməliyik. Bir tarixi dövrü bir tarixçi yazmır. Yəni, məsələn, Babəklə bağlı fakta qayıtsaq, bunun üçün bütün müəlliflərin tarixi faktları qarşılaşdırılmalıdır. Tarix elmi həm də dövlətin siyasəti ilə bağlıdır. Tarixçilər öz tədqiqatlarından irəli gələrək qeydlərini aparırlar. - 44 günlük müharibədən sonra qalib ölkənin vətəndaşına tarix fənni necə tədris olunur? Zəfər tarixinin tədrisində hansı metodlar tətbiq olunur? - Bəli, bu gün orta təhsil məktəblərində 44 günlük zəfərdən bəhs edən Zəfər tarixi dərsi tədris olunur. Bu fənnin tədrisində məqsəd 44 günlük zəfər tarixinin qələbələrini yaşatmaq və onu gənc nəsillər arasında təbliğ etməkdir. Hesab edirəm ki, bu, Azərbaycan tarixinin ən böyük salnaməsidir. Eyni zamanda Azərbaycan diplomatiyasının uğurlarından biridir. Qələbə bizə asanlıqla başa gəlmədi. 30 il müddətində müxtəlif siyasi arenalarında münaqişənin sülh yolu ilə həlli üçün cəhdlər edildi. Amma biz otuz il ərzində gördük ki, Ermənistan slüh prosesindən, dinc yolla həldən yayınmağa çalışır, keçirilən görüşlərlə isə vaxtı uzadır. Məsələn, biz elə Zəfər tarixi dərsində Münhen konfransının videoformatda müzakirəsini təşkil etmişdik. Orada Azərbaycan prezidentinin Ermənistan baş naziri üzərindəki diplomatik qələbəsini şagirdlərə anlatdıq. XXI əsrin insanı işğalçılıq təfəkkürü ilə yaşaya bilməz. Mən özüm də Qafqazda sülhün tərəfdarıyam. Qafqaz yenidən müharibə meydanına çevrilməməlidir. - Bu gün şagirdlər ali məktəblərə hazırlaşarkən onların məktəblərdə qazandıqları biliklər dövlət imtahan mərkəzinin qəbul proqramı ilə üst-üstə düşürmü? - DİM adətən məktəb dərsliklərinə əsaslanır. Məktəbə dərsliyindən kənar heç bir şey qəbula düşmür. Əgər məlumat məktəb dərsliyində öz əksini tapıbsa, təbii ki, DİM də onu imtahana salacaq. Amma burada diqqət edilməli olan bir məqam var. Müəllim 45 dəqiqə ərzində bir mövzunu öyrətməlidir. Amma öyrənmə prosesi bu 45 dəqiqə bitdikdən sonra şagird tərəfindən davam etdirilməlidir. Çünki təhsilin prinsiplərindən biri də özünütəhsildir. Yəni, sən burada öyrəndiyini sinif otağında qoymamalısan. Bu gün deyilir ki, müəllim 45 dəqiqə ərzində hər şeyi etməlidir. Amma bu öz-özlüyündə mümkünsüz bir şeydir. Müəllim sadəcə istiqamət verə bilər. Biz məsuliyyətsiz olduğumuz vaxt repetitor yanına gedirik. Öz təcrübəmdən deyim ki, mən bu gün rəqs kursuna yazılmışam. Əslində internet vasitəsilə o rəqs hərəkətlərini də öyrənmək mümkündür. Amma bu məsuliyyət hissi məndə olmadığına görə, müəllimə üz tuturam. Müəllim də mənə məsuliyyətlə yol göstərir.- Hazırda tarix fənninin tədrisi üçün hansı yeni metodlar tətbiq olunmalıdır? - Davamlı olaraq referat yarışları müsabiqəsi keçirilir. Bu il ərzində Zəfər tarixi olimpiadası oldu və tarixlə bağlı da bir neçə olimpiada keçirildi. Şagirdlər bu yarışlarda böyük canfəşanlıq göstərirlər. Şagirdlər öyrəndikləri biliklərdən fyada götürmək istəyirlər. Bu, müəllimlərə də təkan verir ki, şagirdləri həmin istiqamətə yönəltsinlər. Mən özüm “Kitabçı” klubunu təsis etmişəm. Bu klubda bir çox əsərlər yer alıb. Biz həmin ktabları dərs prosesindən kənarda müzakirə edirik. Məsələn, Azərbaycan xalq Cümhuriyyəti mövzusunu öyrənərkən Məhəmməd Əmin Rəsulzadənin əsərlərinə müraciət edirik. Məhəmməd Əmin Rəsulzadə “Əsrimizin Siyavuşu”nu o qədər hisslərini verərək yaradıb ki, biz AXC haqqında məlumaltarı onun qurucusunun qələmindən öyrənirik. Şagirdlərə dərsdən kənar məşğuliyyətlər tapmaq lazımdır. Bu gün öz timsalımda deyə bilərəm ki, atdığım addımlarla başqaları üçün önəmli olmağa çalışıram. Bu baxımdan insanların rəqabət hisslərinin üzə çıxarılmalı olduğunu düşünürəm. - Bu gün ölkəmizin ucqar yerlərində müəllim çatışmazlığı var. Bu prosesdə müəllimlərin aktiv iştirakının təmin edilməsi üçün hansı addımlar atılmalıdır?- Azərbaycan Gənc Müəllimlər Assosiasiyası gənc müəllimləri birləşdirən bir dəyərdir. Mən özüm də həmin təşkilatın üzvüyəm. Assosiasiya bu yaxınlarda “Fərq yaradan müəllim” layihəsini elan etdi. Mən də o layihədə 400 müəllim arasından birinci yerə layiq görüldüm. Müsabiqədə birincilik qazanmaq məndə dərin iz buraxmasa da, ucqar ərazilərdən bu müsabiqəyə qatılan müəllimlərlə tanış olduqca onların tədris prosesinə necə innovativ yanaşmasının şahidi olurdum. Həmin müəllimlər öz peşələrinə özlərini o qədər həsr ediblər ki, artıq ucqar kəndlərdə müəllim yerlərinin boş qalacağına inanmıram. Həmin məktəblərə təyinat alan müəllimlər böyük şövqlə vəzifələrini icra edirlər. Müəllim peşəsinə Azərbaycan cəmiyyətindəki hazırkı münasibət sizi qane edirmi? - Son vaxtlar həm müəllimlər özləri, həm də başqaları bilərəkdən müəllim peşəsinə ziyan vurmağa çalışdılar. Sapı özümüzdən olan baltaların əli ilə müəllimlik peşəsi yerlə bir oldu. Heç bir halda müəllimin şagirdlər və valideynlər tərəfindən aşağılanmasını doğru hesab etmirəm və bunu qəbuledilməz sayıram. Müəllimlər şagirdlərdən və valideynlərdən nəsə ummaqla onların qarısında gözükölgəli olur. Digər tərəfdən məktəblərdə müəllimlər tərəfindən şagirdlərə zor tətbiq edilməsi qəbuledilməzdir. Müəllimlərin pedoqoji səriştəliliyi artsa, onlar artıq şiddətə baş vurmayacaqlar. Adətən gənc müəllimlər şagirdlərlə daha tez dil tapırlar. Amma bu o demək deyil ki, yaşlı müəllimlər bunu bacarmır. Bu gün də elə müəllimlər var ki, gənc müəllimlər onların tədris prosesində iştirak edib nələrisə öyrənirlər. Yalnız bilik və təcrübə insanı daha da irəli aparır. Köhnə qaydalarla yeni dövrə daxil olmaq mümkün deyil. Təhsildən və təhsil sitemindən hansı gözləntiləriniz var? Təhsil sitemindən gözləntilərim çox böyükdür. Müəllimlərin şəbəkə forumlarının iştirakçısıyam, Cənab nazir Emin Əmrullayev də bizim qarşımızda çıxış edib. O da bizə inam aşılayır ki, bu işi məsuliyyətlə görmək lazımdır. Biz gənc nəslin yetişməsində müstəsna rol oynayırıq. Bu baxımdan bu istiqamətdə tədbirlər həyata keçirilməlidir. Bundan sonra da Azərbaycan təhsilinin inkişafını görəcəyik. Ona görə deyirəm ki, bir az səbrli olaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/04/458296320_279:0:1719:1080_1920x0_80_0_0_661a13b141841ca2ea45cc92f397b48c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
təhsil, видео, tarix, fənn, tədris, müəllim, şagird, yanaşma, assosiasiya
təhsil, видео, tarix, fənn, tədris, müəllim, şagird, yanaşma, assosiasiya
Ali məqsədim təhsilin inkişafına xidmətdir - Fərq yaradan gənc müəllim
Novator müəllimin qənaətinə görə, tarix dərsləri dairəvi masalarda müzakirə əsasında tədris olunmalıdır. Debat, müzakirələr olmalıdır ki, şagirdlər öz fikirlərini söyləyə bilsinlər.
BAKI, 6 sentyabr — Sputnik. Aytən Sərdarlı Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirtdiyi "Fərq Yaradan Gənc Müəllim" müsabiqəsində I yerə layiq görülüb. Nazim İsmayılov adına 80 saylı tam orta məktəbdə tarix müəllimi kimi çalışan Aytən xanım Azərbaycan təhsili, onun problemləri, vəzifələri və təhsil sistemindən gözləntiləri ilə bağlı Sputnik Azərbaycan-ın sullarını cavablandırıb.
- Novator müəllim kimi hansı yeniliklərə imza atmısınız?
- Müəllimlərin İşə Qəbulu imtahanında yüksək bal toplayaraq fəaliyyətimi 80 saylı orta məktəbdə tarix müəllimi kimi davam etdirirəm. Altı illik pedaqoji təcrübəm var. Bu illər ərzində şagirdlərimin şəxsiyyət kimi formalaşması, onların bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində fəaliyyət göstərmişəm. Yüzlərlə gəncin şəxsiyyət kimi formalaşmasında, onların ali məktəblərə daxil olmasında xidmətlərim olub. Buna ona görə xidmət göstərmək deyirəm ki, bu, bir müəllim olaraq mənim borcumdur, qarşımda duran ümdə vəzifədir. Müəllimlik mənim ən böyük arzularımdan biri idi. Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsi” kitabını oxuyanda düşündüm ki, mən də Azərbaycan təhsilinin inkişafına xidmət göstərməliyəm. Məhz buna görə də, müəllimlik peşəsini seçdim. Bu peşəyə olan sevgim məni məktəbə gətirib çıxardı. Bu gün yüzlərlə şagirdin müəllimi olmağımla fəxr edirəm.
- Dünya dəyişdiyi kimi, təhsil sistemləri və öyrətmə metodikaları da dəyişir. Siz öz fəaliyyətinizdə nələri tətbiq edirsiniz?
- Müəllimlərin inkişafı üçün də bir çox layihələr həyata keçirilir. Öz fəaliyyətində novatorluq edən müəllimlər var ki, onlar seçilir və üzə çıxarılır. Bu gün uzun yollar qət edərək ucqar kəndlərə gedib müəllimlik edən çox sayda həmkarım var. Həmin insanlar Azərbaycan gəncinin inkişafında müstəsna xidmətlər göstərirlər. Mən də öz fəaliyyətimdə yeni yanaşmalar tətbiq edirəm. Bu yanaşmalar öyrətmə prosesi ilə bağlıdır. Dərs proqramlarını ənənəvi metodlarla tədris etmirəm. Təqribən 20-30 il öncəni xatırlasaq, görərik ki, həmin dövrdə avtoritar tədris metodikası var idi, müəllim avtoritar yönümlü idi və informasiya ondan şagirdlərə gedirdi. Yəni, bir növ, müəllim burada zəhmət çəkmirdi. Avtoritar idarəçilik şagird kütləsini daha da itaətkar ruha gətirirdi. Bu günün müəllimi isə şagirdləri belə idarə edə bilməz. Biz yeni dövrə köhnə qaydalarla daxil ola bilmərik. Hazırda informasiya dövrüdür. İnformasiyaya kim rəhbərlik edirsə, o bütün bəşəriyyəti yönləndirə bilər. Azərbaycan gəncini yeni qaydalarla yetişdirmək lazımdır ki, o, dünya miqyasında özünə yer tuta bilsin. Elə bir zaman yetişməlidir ki, Azərbaycan dünyaya öz təhsil modelini təqdim edə bilsin. O təhsil sitemi ilə minlərlə insanın həyatı dəyişikliyə uğrayacaq. Ümid edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək.
- Müasir dövrün təhsili kimi şagirdləri də fərqlidir. Müəllimlər dərsdə şagirdi necə ələ alırlar?
- Bu gün şagirdin maraqları ilə hesablaşmaq lazımdır. Şagird məktəbdən sonra daha maraqlı həyat keçirir. Biz fikirləşməliyik ki, şagird niyə təhsildə maraqlı olmalıdır - onda necə maraq oyatdığımızı düşünməliyik. Şagird gününün böyük bir hissəsini məktəbdə keçirir. Məktəb elə bir yer olmalıdır ki, o, məktəbdə həm qidalanmalıdır, həm də əlavə məşğuliyyətlər tapmalıdır. Şagird sinif otağına girəndə sadəcə partaların sıralandığı bir yerlə qarşılaşmamalıdır. Siniflər şagirdlərin əylənərək öyrəndiyi bir yerə çevrilməlidir. Müəllim şagirdlərin maraqlarına uyğun dərs keçməlidir. Şagird bu gün istəmir ki, müəllim ona sadəcə informasiyanı ötürsün. Yəni o, hər cür informasiyanı internet texnologiyaları vasitəsilə əldə edə bilər. Bəs o zaman müəllim nə üçün lazımdır? Kimya müəllimin işi sadəcə formulları yazmaqdırsa, şagird bundan nə öyrənə bilər? Kimya dərsləri laboratoriyalarda keçirilməlidir. Tarix dərsləri dairəvi masalarda müzakirə əsasında tədris olunmalıdır. Debat, müzakirələr olmalıdır ki, şagirdlər öz fikirlərini söyləyə bilsinlər. Bu gün biz küçədə hər hansı sorğu üçün vətəndaşlardan fikrini öyrənməyə çalışsaq, onlar danışa bilməyəcəklər. Bu, məktəbdən gələn ənənələrlə bağlıdır. Şagirdlər öyrəniblər ki, informasiyanı əzbərləsinlər, o informasiyanı olduğu kimi təqdim etsinlər. Amma bu, doğru deyil. Şagird informasiyanı qəbul edib, onu özününkiləşdirməli, yeni formada təqdim etməlidir. Bu gün müəllimin məqsədi bu cür fərdləri yetişdirmək olmalıdır.
Azrbaycan təhsilində yeni metodikalar tətbiq olunur. Hazırda tətbiq edilən kurikulum sistemi özünü doğruldurmu?
- Kurikulum sistemi özünü doğruldur, əgər müəllimlər ona əməl etsə. Müasir dövrün tələbi müəllimlər qarışısında da ciddidir. Çağdaş təhsil müəllimdən hərtərəfli bilik vıə bacarıqlara sahib olmağı tələb edir. Ənənəvi təhsil modeli müasir dövrün tələblərinə cavab vermir.
- Azərbaycan 32 ildir müstəqil bir ölkədir. Bu dövr ərzində tarixin tədrisində və tarix kitablarındakı dəyişikliklər barədə nələr deyərdiniz?
- Cəmiyyət bu gün dərslikləri qınayır. Amma bu gün islahatların getdiyini də gözardı edə bilmərik. İslahatlar vaxt alan bir prosesdir və öz nəticəsini 20-30 il ərzində verə bilər. Dərsliklərin keyfiyyətindən narazı deyiləm. Biz hər hansı bir məsələni müzakirə əsasında öyrənməliyik. Müəllim bir neçə dərsi bir dərsə inteqrasiya etdirməlidir. Bir müddət sonra fənlər sıradan çıxacaq. Misal üçün tarix və coğrafiya, kimya, biologiya təbiət elmləri bir fəndə birləşəcək. Yəni biz buna doğru gedirik.
Tarix kitablarında dəyişikliklər nəyə əsaslanır?
- Hətta dəqiq elmlərin özündə tez-tez belə dəyişikliklər baş verir. Biz bir tarixi dövrü araşdırmaq üçün minlərlə mənbəni nəzərdən keçirməliyik. Bir tarixi dövrü bir tarixçi yazmır. Yəni, məsələn, Babəklə bağlı fakta qayıtsaq, bunun üçün bütün müəlliflərin tarixi faktları qarşılaşdırılmalıdır. Tarix elmi həm də dövlətin siyasəti ilə bağlıdır. Tarixçilər öz tədqiqatlarından irəli gələrək qeydlərini aparırlar.
- 44 günlük müharibədən sonra qalib ölkənin vətəndaşına tarix fənni necə tədris olunur? Zəfər tarixinin tədrisində hansı metodlar tətbiq olunur?
- Bəli, bu gün orta təhsil məktəblərində 44 günlük zəfərdən bəhs edən Zəfər tarixi dərsi tədris olunur. Bu fənnin tədrisində məqsəd 44 günlük zəfər tarixinin qələbələrini yaşatmaq və onu gənc nəsillər arasında təbliğ etməkdir. Hesab edirəm ki, bu, Azərbaycan tarixinin ən böyük salnaməsidir. Eyni zamanda Azərbaycan diplomatiyasının uğurlarından biridir. Qələbə bizə asanlıqla başa gəlmədi. 30 il müddətində müxtəlif siyasi arenalarında münaqişənin sülh yolu ilə həlli üçün cəhdlər edildi. Amma biz otuz il ərzində gördük ki, Ermənistan slüh prosesindən, dinc yolla həldən yayınmağa çalışır, keçirilən görüşlərlə isə vaxtı uzadır. Məsələn, biz elə Zəfər tarixi dərsində Münhen konfransının videoformatda müzakirəsini təşkil etmişdik. Orada Azərbaycan prezidentinin Ermənistan baş naziri üzərindəki diplomatik qələbəsini şagirdlərə anlatdıq. XXI əsrin insanı işğalçılıq təfəkkürü ilə yaşaya bilməz. Mən özüm də Qafqazda sülhün tərəfdarıyam. Qafqaz yenidən müharibə meydanına çevrilməməlidir.
- Bu gün şagirdlər ali məktəblərə hazırlaşarkən onların məktəblərdə qazandıqları biliklər dövlət imtahan mərkəzinin qəbul proqramı ilə üst-üstə düşürmü?
- DİM adətən məktəb dərsliklərinə əsaslanır. Məktəbə dərsliyindən kənar heç bir şey qəbula düşmür. Əgər məlumat məktəb dərsliyində öz əksini tapıbsa, təbii ki, DİM də onu imtahana salacaq. Amma burada diqqət edilməli olan bir məqam var. Müəllim 45 dəqiqə ərzində bir mövzunu öyrətməlidir. Amma öyrənmə prosesi bu 45 dəqiqə bitdikdən sonra şagird tərəfindən davam etdirilməlidir. Çünki təhsilin prinsiplərindən biri də özünütəhsildir. Yəni, sən burada öyrəndiyini sinif otağında qoymamalısan. Bu gün deyilir ki, müəllim 45 dəqiqə ərzində hər şeyi etməlidir. Amma bu öz-özlüyündə mümkünsüz bir şeydir. Müəllim sadəcə istiqamət verə bilər. Biz məsuliyyətsiz olduğumuz vaxt repetitor yanına gedirik. Öz təcrübəmdən deyim ki, mən bu gün rəqs kursuna yazılmışam. Əslində internet vasitəsilə o rəqs hərəkətlərini də öyrənmək mümkündür. Amma bu məsuliyyət hissi məndə olmadığına görə, müəllimə üz tuturam. Müəllim də mənə məsuliyyətlə yol göstərir.
- Hazırda tarix fənninin tədrisi üçün hansı yeni metodlar tətbiq olunmalıdır?
- Davamlı olaraq referat yarışları müsabiqəsi keçirilir. Bu il ərzində Zəfər tarixi olimpiadası oldu və tarixlə bağlı da bir neçə olimpiada keçirildi. Şagirdlər bu yarışlarda böyük canfəşanlıq göstərirlər. Şagirdlər öyrəndikləri biliklərdən fyada götürmək istəyirlər. Bu, müəllimlərə də təkan verir ki, şagirdləri həmin istiqamətə yönəltsinlər. Mən özüm “Kitabçı” klubunu təsis etmişəm. Bu klubda bir çox əsərlər yer alıb. Biz həmin ktabları dərs prosesindən kənarda müzakirə edirik. Məsələn, Azərbaycan xalq Cümhuriyyəti mövzusunu öyrənərkən Məhəmməd Əmin Rəsulzadənin əsərlərinə müraciət edirik. Məhəmməd Əmin Rəsulzadə “Əsrimizin Siyavuşu”nu o qədər hisslərini verərək yaradıb ki, biz AXC haqqında məlumaltarı onun qurucusunun qələmindən öyrənirik. Şagirdlərə dərsdən kənar məşğuliyyətlər tapmaq lazımdır. Bu gün öz timsalımda deyə bilərəm ki, atdığım addımlarla başqaları üçün önəmli olmağa çalışıram. Bu baxımdan insanların rəqabət hisslərinin üzə çıxarılmalı olduğunu düşünürəm.
- Bu gün ölkəmizin ucqar yerlərində müəllim çatışmazlığı var. Bu prosesdə müəllimlərin aktiv iştirakının təmin edilməsi üçün hansı addımlar atılmalıdır?
- Azərbaycan Gənc Müəllimlər Assosiasiyası gənc müəllimləri birləşdirən bir dəyərdir. Mən özüm də həmin təşkilatın üzvüyəm. Assosiasiya bu yaxınlarda “Fərq yaradan müəllim” layihəsini elan etdi. Mən də o layihədə 400 müəllim arasından birinci yerə layiq görüldüm. Müsabiqədə birincilik qazanmaq məndə dərin iz buraxmasa da, ucqar ərazilərdən bu müsabiqəyə qatılan müəllimlərlə tanış olduqca onların tədris prosesinə necə innovativ yanaşmasının şahidi olurdum. Həmin müəllimlər öz peşələrinə özlərini o qədər həsr ediblər ki, artıq ucqar kəndlərdə müəllim yerlərinin boş qalacağına inanmıram. Həmin məktəblərə təyinat alan müəllimlər böyük şövqlə vəzifələrini icra edirlər.
Müəllim peşəsinə Azərbaycan cəmiyyətindəki hazırkı münasibət sizi qane edirmi?
- Son vaxtlar həm müəllimlər özləri, həm də başqaları bilərəkdən müəllim peşəsinə ziyan vurmağa çalışdılar. Sapı özümüzdən olan baltaların əli ilə müəllimlik peşəsi yerlə bir oldu. Heç bir halda müəllimin şagirdlər və valideynlər tərəfindən aşağılanmasını doğru hesab etmirəm və bunu qəbuledilməz sayıram. Müəllimlər şagirdlərdən və valideynlərdən nəsə ummaqla onların qarısında gözükölgəli olur. Digər tərəfdən məktəblərdə müəllimlər tərəfindən şagirdlərə zor tətbiq edilməsi qəbuledilməzdir. Müəllimlərin pedoqoji səriştəliliyi artsa, onlar artıq şiddətə baş vurmayacaqlar. Adətən gənc müəllimlər şagirdlərlə daha tez dil tapırlar. Amma bu o demək deyil ki, yaşlı müəllimlər bunu bacarmır. Bu gün də elə müəllimlər var ki, gənc müəllimlər onların tədris prosesində iştirak edib nələrisə öyrənirlər. Yalnız bilik və təcrübə insanı daha da irəli aparır. Köhnə qaydalarla yeni dövrə daxil olmaq mümkün deyil.
Təhsildən və təhsil sitemindən hansı gözləntiləriniz var?
Təhsil sitemindən gözləntilərim çox böyükdür. Müəllimlərin şəbəkə forumlarının iştirakçısıyam, Cənab nazir Emin Əmrullayev də bizim qarşımızda çıxış edib. O da bizə inam aşılayır ki, bu işi məsuliyyətlə görmək lazımdır. Biz gənc nəslin yetişməsində müstəsna rol oynayırıq. Bu baxımdan bu istiqamətdə tədbirlər həyata keçirilməlidir. Bundan sonra da Azərbaycan təhsilinin inkişafını görəcəyik. Ona görə deyirəm ki, bir az səbrli olaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.